“Əqrəb mövsümü”nün Elnarəsi: “Biz bu problemlərin üstünü basdırmağa çalışırıq” MÜSAHİBƏ

Müsahibələr 12:00 24.01.2023

Bu günlərdə “Əqrəb mövsümü” serialı gündəmdən düşmür. Seriala yazılan rəylər kifayət qədər çoxdur. Ekran əsərində Elnarə rolunu canlandıran aktirsa ilə maraqlı söhbət etdik.

Ednews tanınmış aktrisa Zülfiyyə Qurbanova ilə müsahibəni təqdim edir.

- Seriala necə seçildiniz?

- Emil (rejissor Emil Quliyev. red) bəylə hər dəfə istər film təqdimatlarında, istərsə də televiziya verlişlərində üz-üzə gələndə o mənə deyirdi ki, sizlə işləmək istəyirəm. Mütləq bir gün işləyəcəm deyirdi. Təbii ki, mən də onunla işləmək istəyirdim. Emil rejissor kimi peşəkardır. Çəkdiyi bütün işlər gözəl nəticəsini verib. Bu istək məndə də vardı. Bir gün mənə təklif etdi ki, serial çəkirəm və sizi serialımda görmək istəyirəm. Söhbətlərimiz, müzakirələrimiz oldu. Mənə ssenari verildi, oxudum. Sonra analiz etdik. Məşqlərimiz oldu və seriala çəkildim.

- Başqa aktrisalar vardımı sizin rolunuz üçün?

- Açığı bu rola hansısa aktrisanın olub-olmadığını bilmirəm. Səmimi desəm, bu heç bir zaman mənə maraqlı olmayıb.

- “Əqrəb mövsümü” serialı demək olar ki, gündəmdən düşmür. Əksəriyyət müsbət rəylər yazır. Əvvəlcə, təəssüratlarınızı öyrənmək istərdik. Bu qədər xoş rəyləri gözləyirdiniz?

- Rəylərdən xəbərim var. İzləyənlər müsbər fikirlərini yazırlar, paylaşırlar. Bu məni sevindirir. Təvazökarlıqdan uzaq olsaq, açığı gözləyirdim bu cürə reaksiyaları. İş peşəkar işi idi. Aktyor heyəti peşəkar idi. Ümumiyyətlə, serialda çalışan hər kəs istər kamera önündə, istərsə də kamera arxasında olanlar peşəkar olduğundan belə rəyləri gözləyirdim.

- Sizcə, seiral Azərbaycan cəmiyyətindəki ailə problemlərini qabarda bilibmi?

- Düşünürəm ki, serial cəmiyyətimizdə olan ailə problemlərinin bir qismini işıqlandıra bilib. Çünki cəmiyyətdə bir çox hadisələrlə qarşılaşırıq. Ailələrin daxilində kifayət qədər problem olur. Biz bəzən buna göz yumuruq. Guya görmürük, yaxud da üstünü basdırmağa çalışırıq. Bizə toxunmadığına görə biganə yanaşırıq. Amma, film serial çox hallarda bunu çılpaqlığı ilə ifadə edir, göstərir. Tamaşaçılar belə hallarda düşünürlər ki, bu lazım deyil. Məncə isə lazımdır. Ailərdə daha dərin problemlər olur. Sadəcə insanlar olan şeyləri bəzən qəbul etmək istəmirlər. Çünki qəbul etsələr gördüklərini hiss etdirsələr bəzi şeylərlə yaşamaq çox çətindir.

- “Əqrəb mövsümü” Azərbaycan kinosuna yeniliklər gətirəcəkmi?

- Serial kifayət qədər Azərbaycan kinosuna yeniliklər gətirəcək. Artıq bu yolda cığırı açıb. Serialı izləyəndə onun bir serial olduğunu unuduram. Film tərzində baxıram. Çünki film kimi çəkilib. Azərbaycanda alışdığımız serial tərzi var. “Əqrəb mövsümü” o tərzdən çıxıb. Peşəkar film xəttilə gedir. Dünya arenasında olan filmlər tərzində çəkilib.

- Sonda serial neçə seriya davam edəcək və tamaşaçıları hansı sürprizlər gözləyir?

- İzləyən tamaşaçılar da bilir ki, mən 8-ci seriyadan “Əqrəb mövsümü”ndən ayrılmışam. Rolunu oynadığım qadının obrazı artıq serialda ölüb və mənim xəttim də bitib. Serial 12 bölümlükdür. İnşallah davamı olacaq. Bu haqda məlumat verə bilmərəm. (gülür) Çünki bu peşəkar bir sirrdir. Serialın gedişatı, ssenarisi ilə bağlı nəsə deməyə mənim ixtiyarım yoxdur. Həm də bu doğru sayılmaz. Tamaşaçılar serialı izləsinlər. Gözəl gedişat var. Serial onsuz da kifayət qədər tamaşaçı tərəfindən sevildi. Uğur olsun!

Söhbətləşdi: Oğuz Ayvaz 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı