“Təhlükəsizlik Şurası keçdi. Ermənistan uğur qazana bilmədi, ona görə də Azərbaycan diplomatiyasının siyasi xətti qalib gəldi. Təhlükəsizlik Şurasına üzv ölkələrin əksəriyyəti Bakını dəstəklədi”.
Ednews xəbər verir ki, bu sözləri Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko BMT-nin TŞ-nın iclasını şərh edərkən bildirib.
Ekspert bildirib ki, Ağdam-Xankəndi marşrutu beynəlxalq ictimaiyyətin əksəriyyəti tərəfindən kifayət qədər ağlabatan, qanuni və dayanıqlı kimi tanınır.
"Məhz Ağdam-Xankəndi marşrutu ilə Rusiya sülhməramlı kontingentinin tədarükü, bütün humanitar və digər yüklərin Qarabağ ermənilərinə çatdırılması təmin oluna bilər. Rəsmi İrəvan və Qarabağdakı separatçılar bunun əleyhinədir. Onlar Laçın yolunun açılmasını tələb edirlər. Amma biz bilirik ki, bu yaxınlarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən danışıqlarda ilk olaraq Ağdam-Xankəndi yolunun işə başlaması ilə bağlı razılıq əldə olunub. 24 saatdan sonra artıq Azərbaycan tərəfindən effektiv sərhəd və gömrük nəzarətindən keçən Laçın yolu ilə hərəkət başlayır ki, Ermənistandan Qarabağa nə silah, nə döyüş sursatları, nə də minalar daxil ola bilməsin. Bununla paralel olaraq Qarabağ ermənilərinin nümayəndələri ilə Bakı təmsilçiləri arasında görüş təşkil olunur. Reinteqrasiya ilə bağlı birbaşa danışıqlar başlayır".
Moskva görüşün nəticələrini təhlil edən İqor Korotçenko xatırladıb ki, İrəvan və erməni separatçılarının günahı ilə bu razılaşma pozulub.
" Aydındır ki, Qarabağın erməni əhalisi “onların əzab-əziyyətini” müzakirə edəcək, daha sonra isə Azərbaycanı pisləyən qətnamə qəbul etmək məqsədi ilə razılaşma pozuldu ki, BMT Təhlükəsizlik Şurasının növbəti çağırışının təşəbbüskarı olsunlar. Bu baş vermədi, üstəlik, Rusiya nümayəndəsi çıxışında bildirdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə hörmət edir və danışıqlara Qarabağ erməniləri Azərbaycanın hüquqi-siyasi məkanına reinteqrasiya üçün rəsmi Bakının nümayəndələri ilə hər hansı bir bədnam beynəlxalq mexanizm olmadan danışıqlar aparmalıdırlar. Beləliklə, Avropa İttifaqı, Fransa və ABŞ-ın bu danışıqları hansısa formada mötədilləşdirmək cəhdləri rədd edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipi bir daha təsdiqləndi".
Nurlana Hacıyeva