Havaların soyuması səbəbilə Avropa da baş verən enerji böhranı artır. Rusiya hələdə Aİ-nin qazının təxminən 40 faizini təmin edir və Aİ rəsmiləri narahatdır ki, Moskva Qərbin gözlənilən sanksiyalarına qarşı təchizatı azalda bilər.
Azərbaycanın neft və qaz sektorunda Avropa ölkələri bir çox lahiyələr həyata keçirdiyini nəzərə alsaq ortaya maraqlı sual çıxır. Azərbaycanın neft sektoru Avropa üçün nə qədər önəmlidir və o Qərbin təbii yanacağa ehtiyacının nə qədərini təmin edə bilər.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Ednews-a açıqlamasında bildirib ki, Azərbaycan Avropa üçün həm güvənilən, həm də sərfəli enerji əməkdaşıdır.
“Azərbaycanın ererji daşıyıcıları Avropanın bir çox ölkələri üçün daha çox önəmlidir. Çünki həcm olaraq Azərbaycanın göndərdiyi ixrac o qədər də böyük deyil. Avropanın qaz tələbatı və qaz istehlakı ilə 500 milyard kubmetrdir. Azərbaycan isə 10 milyard kubmetr ixrac edir.
Lakin bəzi kiçik Cənubi Avropa ölkələri var ki, onların tələbatı 1-2 milyard ətrafındadır. Bununda böyük hissəsini Azərbaycan tərəfdən verilməsi onlar üçün çox önəmlidir. Azərbaycanın neft və qaz sektorunda Avropa ölkələri üçün önəmli tərəfdaş olmasının bir çox səbəbi var.
Məsələn Azərbaycanla Avropa ölkələri arasında enerjinin daşınması üçün məsafənin qısa olması və daşınma üçün infrastrukturların olması və s. Məsələn daşınma üçün müasir dövrdə qazın mayeləşdirilməsi prosesi aparılır. Bu isə nəqliyyat xərclərini artırır
. Azərbaycanla isə daşınma bahalığı problemi yoxdur. Bu nöqteyi-nəzərdən Avropa ilə Azərbaycan arasında yeni enerji lahiyələri proqramları yaradılır. Məsələn Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında bağlananan müqaviləyə əsasən Aİ-ə satılan qazın həcmi 2 dəfə artırılıb”.
Ekspert son olaraq qeyd edir ki, Azərbaycan 2027-ci ilə qədər ixrac edilən 10 milyard kubmetr qazın 20 milyarda qədər yüksəldəcək.
Xəyal Ramiz