İlham Əliyev çıxışı zamanı bildirib ki, “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh indiki qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir.” Cənubi Qafqaz həqiqətənmi tarixi sülhün astanasındadır?
Məsələ ilə bağlı ingilis politoloq Neil Uotson Ednews-a açıqlaması zamanı qeyd edib ki, Prezident Əliyev nikbinliyində haqlıdır:
“Qafqaz üzrə həll olunmamış məsələlər çox azdır. Ən başlıcası, sülh danışıqları indi sırf ikitərəfli əsasda təşkil olunur və bu həmişə belə olmalı idi - keçmişdə ATƏT-in Minsk Qrupu və Aİ kimi şəxsi maraqları olan qurumların, Rusiya, Fransa kimi dövlətlərin danışıqlara cəlb edilməsi, ABŞ isə yalnız sülh prosesinin uzadılmasına xidmət edib və əlavə insan itkisinə səbəb olub.
Bundan əlavə, Ermənistanın indi seçimi yoxdur: Prezident Əliyevin başladığı kimi, əsasən Rusiya tərəfindən tədarük edilən 6 milyard ABŞ dolları dəyərində erməni silahları müsadirə olunub. Paşinyan indi Azərbaycanı və Azərbaycan şərtləri ilə bağlanan sülhü geniş şəkildə dəstəkləyən keçmiş qarantı Rusiyanı özündən uzaqlaşdırıb.
Üstəlik, Fransanın Ermənistana dəstəyi sadə sözlərdən kənarda özünü büruzə vermədi. Əksinə, Azərbaycan davamlı olaraq dəstək toplayır və hesab edirəm ki, NATO-nun görüşü, Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən əvvəl Gürcüstana səfəri təsadüfi deyil. Azərbaycan dayaq oxununun gücləndirilməsini nümayiş etdirir”.
Politoloq vurğulayıb ki, Paşinyan özüdə bilirdi ki, sülh yeganə yoldur, lakin o, əhalisini və hökumətini inandırmaqda problemlərlə üzləşib ki, bu da birtərəfli olub:
“Azərbaycana çox aydın dəstək göstərir ki, Ermənistanın gedəcək başqa yeri yoxdur. COP tədbiri keçirilən zaman dünyanın gözü Bakıda olacaq ki, bu da humanitar ruhla görüşdür. O vaxta qədər sülh bərqərar olunsa, sülhsevər və bir-biri ilə əlaqəli Cənubi Qafqaz dünya səhnəsində təqdim olunsa, ideal olardı”.
Xəyal Ramiz