Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ

Müsahibələr 11:00 23.04.2024

Ednews tanınmış politoloq Əlimusa İbrahimovla siyasi gündəm mövzuları əsasında yazılı müsahibəni təqdim edir. 

- Son günlər Cənubi Qafqazda ciddi proseslər aparılır. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı hərbi kontingenti bölgədən çıxmağa başladı. Rus qoşunlarının çıxması nələri dəyişdərəcək? 

- Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması müəyyən qədər gözlənilməz oldu. Yəni Azərbaycanda və Rusiyada bu qüvvələrin çıxarılacağı barədə heç bir şübhə yox idi. Amma hamı 2025-ci ili gözləyirdi. Müddət başa çatmadan Rusiyanın bu addımı atması həm regiondakı, həm də regiondan kənarda bəzi qüvvələri təəcübləndirdi. Ona görə ki, Azərbaycan əleyhinə olan qüvvələr sülhməramlıların çıxarılmasından Azərbaycan əleyhinə istifadə etmək üçün hələ lazımi şayiələr hazırlaya bilməyiblər. Belə ki, Azərbaycanın hər addımını tənqid etməkdə ixtisaslaşan qüvvələr Rusiya süülhməramlılarının Qarabağda mövcudluğunu az qala Rusiyanın Azərbaycandakı bazasının mövcudluğu kimi qiymətləndirirdilər. İndi artıq sülhməramlılar bölgəni tərk edir, bədxahlar üçün Azərbaycana qarşı istifadə etmək naminə yeni nağıllara ehtiyac var. Ermənilər və onların arxasında dayanan xarici qüvvələr hazırda məhz bu işlə məşğuldurlar. Belə nağıllardan biri və heç də yeni olmayanı NATO və ya Aİ-nin sülhməramlılarını Azərbaycana gələcəyi barədə şayiələrdir.

- Sülhməramlıların Qarabağı tərk etməsi Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edəcək? 

- Azərbaycan heç bir qüvvənin öz ərazisinə buraxmayacağı imkanına malik olduğuna əmindir və məhz ona görə də Rusiya sülhməramlıları regionu tərk edirlər. NATO və Aİ sülhməramlılarının Azərbaycana gəlmək ehtimalı mövcud olsaydı Rusiya sülhməramlıları Qarabağı tərk etməyəcəkdi. Bu təhlükə 10 il də mövcud olsaydı ruslar bu müddəti burada qalacaqdılar. Ona görə düşünürəm ki, sülhməramlı adı altında heç bir ölkə və təşkilatın qüvvələrinin Azərbaycan gətirilməsi mümkün deyil. Üstəlik rus sülhməramlıları çıxsa da Türkiyə kontingenti hələ Azərbaycandadır. Onların isə çıxarılmasından deyil, daha da gücləndirilməsindən söhbət gedə bilər.

Sülhməramlıların Azərbaycan ərazisini tərk etməsi Azərbaycan-Rusiya münasibətlərində yeni səhifənin açılması deməkdir və bu barədə Azərbaycan və Rusiya Prezidentləri Moskvafdakı görüşdə artıq ilk ipucunu verdilər.

Bu eyni zamanda Aİ və ABŞ-ın Azərbaycan haqqında ortaya atdıqları iddiaların nə qədər əsassız olduğunu bir daha sübut etdi. Azərbaycan öz müstəqil statusunu bir daha legitimləşdirdi və ona qarşı dayanan qüvvələri bərabərhüquqlu, qarşılılqlı faydalı dialoqa dəvət etdi.

- Qazaxın işğalda olan 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması barədə İrəvanla Bakı arasında razılaşma əldə olundu. Bunu necə qiymətləndirirsiniz?
 
- Haqqında uzun müddətdir ki, müzakirələr gedən kəndlərimizin qaytarılması Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir. 

kk.jpg

- Nə üçün növbəti addım? 

- Çünki qarşıda hələ də görəcəyimiz işlər var və sonuncu addım deyənə qədər hələ çox məsafə qət etməliyik. Ermənistranın öz xoşu ilə, silaha əl atmadan torpaqlarımızı boşaltması sübut edir ki, danışıqlar vasitəsi ilə də nəticə əldə etmək mümkün imiş. Amma çox təəssüf ki, erməniləri bu taktiya inandırana qədər hər iki tərəfdən çoxlu qanlar töküldü. Bu hadisədən sonra onlar papaqlarını qarşılarına qoyub bir daha düşünəcəklər və itirdikləri övladlarını əbəs yerə məhv edildikləri üçün peşimançılıq çəkəcəklər.

Bu kəndlərin qaytarılması Azərbaycan üçün ciddi regional münaqişənin həll olunmasına verilmiş bir töhfə kimi də qiymətləndirilə bilər. Qarşıdakı hədəflərə yollar açılır. Naxçıvan Azərbaycanla quru yolla birləşməsini gözləyir. Türk dünyasının daha sıx münasibətləri üçün yeni vasitələrə ehtiyac var. Bütün bunlar addım-addım bizi daha böyük qələbələr yaxınlaşdıracaq.

- Bu il gözlənilən sülh müqaviləsi bağlanacaq?

- Azərbaycanla Ermənistan arasında son aylar baş verən hadisələr, əldə olunan razılaşmalar, aparılan danışıqlar və müzakirələr bizi addım-addım sülh müqaviləsinə yaxınlaşdırır. Amma hələ həll olunacağı və Ermənistanla bağlı Konstitusiyada dəyişiklik etmək, Zəngəzur dəhlizi, delimitasiya və demarkasiya kimi çox ciddi məsələlər var. Bütün bu məsələlərin ilin sonuna qədər həll olunması mümkün kimi görünmür. Amma sülh müqaviləsinin bu il deyil, gələn il imzalanacağ barədə ümidlər belə sevindiricidir və irəliyə atılan addım kimi qiymətləndirilməlidir. Əsas dialoqun aparılması və münasibətlərin hər keçən gün yaxınlaşmasıdır. Heç kim 30 illik düşmənçiliyin bir-iki ildə dostluğa çeviriləcəyini gözləmir. Gözlənilən isə müharibənin qarşısının alınması və görüşlərin keçirilməsidir. 

- Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. İran ilk dəfə öz ərazisindən İsrailə raket və dronlarla hücum etdi. İsrail cavab verəcəyini bəyan etsə də, hələ ki, ciddi addım atılmayıb. Bununla yanaşı, İsrail Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirir. Yaxın Şərqdə baş verənləri necə qiymətləndirmək olarq?

- Yaxın Şərqdə baş verən proseslər 6 aydır ki, diqqət mərkəzində qalmaqda davam edir. Baxmayaraq ki, Rusiya-Ukrayna müharibəsi  də öz aktuallığını saxlamaqda davam edir. İsrailə İran ətrafında baş verən proseslər də dünyanın təhlükəsizliyini təhdid edən ciddi hadisələrdir. Bəzən hansı münaqişənin bəşəriyyət üçün daha da təhlükəli olduğunu müəyyən etməkdə çətinlik çəkirsən. İsrailin İrana cavab verməməsi və ya gözlənilən səviyyədə cavab verməməsi bir daha sübut edir ki, İsraildən fərqli olaraq ABŞ və İran böyük Yaxın Şərq müharibəsində maraqlı deyillər. Üstəlik İsrail nəhayət ABŞ-ı  dinləmək qərarına gəlib. Amma bu o demək deyil ki, iki region dövləti arasında müharibə qaçılmazdır. Son hadisələr həm İran, həm də İsrailə öz hərbi qüvvələrini təftiş etmək üçün imkan verdi. Onlar arsenallarında olan silahları bir daha nəzərdən keçirərərk yeni atəşlərə hazırlaşırlar. Növbəti qarşılıqlı atəşlərin nə zaman olacağını söyləmək çətindir. Bu böyük ehtimalla Qəzza əməliyyatı bitdikdən və ABŞ-da seçkilərdən sonraya da saxlanıla bilər. Hər halda dünyanın alovun içinə atmaqdan çəkinən qüvvələr hələ ki, üstünlük təşkil edir.

- Son olaraq, III Dünya Müharibəsi gözlənilir?

- Mən III Dünya Müharibəsinin artıq başlayaraq davam etdiyini düşünüən siyasətçilər cərgəsindəyəm və hesab edirəm ki, əgər dünya dövlətlərinin ciddi çoxluğu bu və ya digər tərəfdən müharibə ilə məşğuldurlarsa, bu elə dünya müharibəsidir. III Dünya Müharibəsinin başlamadığını iddia edənlə bu amildən həm ictimaiyyəti qorxutmaq üçün istifadə edirlər, həm də əsas gətirirlər ki, III Dünya Müharibəsində mütləq nüvə silahından istifadə edilməlidir. Onların düşüncəsinə görə, nüvə silahı atəşlənməyibsə deməli, III Dünya Müharibəsi başlamayıb. Amma az qala dünya dövlətlərinin yarıdan çoxu müharibədədir. Bəs bu müharibələri nə adlandıraq? Belə yanaşnmanı məntiqli hesab etmirəm. Bu müharibələr bitəndən sonra müharibəni qızışdıran və aparan tərəflər etiraf edəcəklər ki, II Dünya Müharibəsi baş verib və bitib.

Söhbətləşdi: Oğuz Ayvaz 

İngilis Politoloq: Azərbaycandakı mina probleminə Qarabağda şəxsən şahid olmuşam - VIDEO

Xəbər xətti

Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
22:00 03.05.2024
Zaxarova Simonyanın anti-Rusiya bəyanatlarına CAVAB VERDİ
21:33 03.05.2024
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
21:11 03.05.2024
Bayden bütün dünyanı sanksiyalarla HƏDƏLƏDİ - Mətbuat azadlığından başlayacaq
20:55 03.05.2024
Azərbaycanın mədəniyyət naziri Şri-Lankaya səfərə dəvət olunub
20:40 03.05.2024
Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür - Cəlil Xəlilov
20:30 03.05.2024
Milli komandamızın Avropa çempionatındakı rəqibləri bəlli oldu
20:20 03.05.2024
Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
20:00 03.05.2024
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:40 03.05.2024
Kelli Qallaher: "İqlim maliyyələşdirilməsi üçün yeni həll yolları axtarılmalıdır"
19:04 03.05.2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:44 03.05.2024
Nazir: "İqlim maliyyələşdirilməsi ilə bağlı vəd edilən milyardlar COP29-da trilyonlara çevrilməlidir"
18:34 03.05.2024
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
18:14 03.05.2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:45 03.05.2024
Şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
17:20 03.05.2024
Bu şəxslər 5 il daha tez pensiyaya çıxa biləcəklər – RƏSMİ
17:19 03.05.2024
Prezidentdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
17:17 03.05.2024
Tarif Şurasından QƏRAR Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: Tarif Şurasından QƏRAR
17:09 03.05.2024
İngilis Politoloq: Azərbaycandakı mina probleminə Qarabağda şəxsən şahid olmuşam - VIDEO
17:00 03.05.2024
Bakıda və Abşeron yarımadasında külək GÜCLƏNİB
16:50 03.05.2024
Hərbçimiz Kəlbəcərdə yol qəzasında həlak oldu - Yaralılar var
16:41 03.05.2024
Azərbaycan XİN-dən Britaniya səfirinə cavab: Mediamız azad, demokratikdir
16:16 03.05.2024
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:10 03.05.2024
Azərbaycanda azsaylı xalqların dilində dərsliklər ÇAP EDİLDİ
15:52 03.05.2024
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
15:43 03.05.2024
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak EDƏCƏKLƏR
15:38 03.05.2024
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
Ermənistan Baş Prokurorluğundan Paşinyan əleyhinə BƏYANAT
15:32 03.05.2024
May ayında niyə toy ETMƏK OLMAZ? - Astroloq və ilahiyyatçı AÇIQLAYIR
15:30 03.05.2024
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
Nigerdə Rus ordusu ABŞ ordusunu əvəz edir
15:15 03.05.2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
15:12 03.05.2024
Yunis Səfərov ömürlük HƏBSDƏ QALACAQ
14:52 03.05.2024
"Rusiyanın hərbi uğursuzluğu göz qabağındadır" - Fransa Ukraynada 150 min rus əsgərinin öldürüldüyünü təxmin edir
"Rusiyanın hərbi uğursuzluğu göz qabağındadır" - Fransa Ukraynada 150 min rus əsgərinin öldürüldüyünü təxmin edir
14:46 03.05.2024
"COP29.az" vebsaytı istifadəyə VERİLDİ
14:41 03.05.2024
Peskovdan Fransaya xəbərdarlıq
Peskovdan Fransaya xəbərdarlıq
14:40 03.05.2024
Erməni revanşistləri şəhərin müxtəlif yerlərində Azərbaycan toponimləri ilə vərəqələr yapışdırırlar - FOTO
14:35 03.05.2024
Qazprom tarixinin ən böyük itkilərindən birini açıqladı
Qazprom tarixinin ən böyük itkilərindən birini açıqladı
14:34 03.05.2024
Xarici agentlər qanunu: Qonşu ölkə üçün dönüş nöqtəsi? - Keçmiş Gürcüstan naziri ŞƏRH EDİR
14:30 03.05.2024
Bakıda bu küçədəki məhdudiyyət aradan QALDIRILDI
14:25 03.05.2024
Kəlbəcər şəhərində turizm obyektləri inşa OLUNACAQ
14:13 03.05.2024
Dilan Polat həbsxanada intihara cəhd edib
14:10 03.05.2024
Hamısı