“İnsanlar gücün hərisinə çevriliblər” Alin Vare-Sülh üzrə mütəxəssis-eksklüziv

Müsahibələr 12:08 04.10.2016

Alin Vare  sülh üzrə təbliğatçı, zorakılığa və nüvə əleyhinə mübarizə aparan fəal,  beynəlxalq, qadın və uşaq hüquqları və ətraf mühit  üzrə mütəxəssis, Yeni Zelandiyalı maarifçidir. O, 2002-ci ildə yaradılan Nüvə Silahının Yayılmaması və Tərksilah üzrə parlamentlərarası təşkilatın koordinatorudur. Alin Varenin "Eurasia Diary"yə müsahibəsini təqdim edirik.

Qeyd: 30 sentyabr-2 oktyabr 2016-cı ildə Berlində Beynəlxalq Sülh Bürosunun (İPİ) təşkilatçılığı ilə "Tərksilah olaq! Dünya İqlimi naminə"ümumdünya konqresi  keçirilib.  “Eurasia Diary” konqresdə  Cənubi Qafqaz regionunu təmsil edən yeganə KİV-dir. Konqresdə dünyanın məşhur siyasətçiləri, jurnalistlər, Nobel Sülh mükafatçıları iştirak edirlər.

Eurasia Diary: Cənab Alin, siz bu tədbiri necə qiymətləndirirsiniz və plenar iclasdan gözləntiləriniz nələrdir?

Alin Vare: Biz Berlində, beynəlxalq konqresdə vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir yerə toplaşmışıq. Müharibəyə xərclənən pulların elmə, təhsilə, səhiyyəyə xərclənməsinin tərəfindəyik. Biz müharibəyə ehtiyac duymayan dünya istəyirik.  Planetimiz nüvə silahına görə qorxu içindədir. Biz nüvə silahını dayandırmaq üçün küçələrə axışırıq. Dünya onları durdurmalıdır.

Eurasia Diary: Dünyanın hər yerində münaqişələr baş verir. Bunun səbəbi nələrdir? Sizcə biz bu sahədə yaxşı işləmirik? Sizin buna münasibətiniz necədir?

Alin Vare: Müxtəlif fikir ayrılığı, müxtəlif maraqlar bunun arxasında durur. Sizin burda hansı yolu seçəcəyiniz çox vacibdir. Siz problemləri qorxutmaqla, mübahisə etməklə, vuruşmaqla, yoxsa danışıqlar vasitəsilə həll etmək istəyirsiniz?  İnsanlar vuruşmağı, dalaşmağı və qorxuzmağı üstün tuturlar. Birləşmiş Millətlərin, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının bu cür münaqişələri sülh yolu ilə həll etmək üçün xüsusi mexanizmləri  var. Dövlətlər  NATO kimi hərbi təşkilatları seçirlər. Biz burada insanlara münaqişlələrin həlli üçün sülh yolunun olduğunu xatırlatmaq istərdik.

Eurasia Diary: Sizcə, dünyada  münaqişələrin artmasının mühüm səbəbi super dövlətlərin roludur,   yoxsa onlar münaqişələrin artmasını dəstəkləyirlər?

Alin Vare: Burada səbəblər qarışıqdır. Bəzi böyük  silah şirkətləri daha çox silah satmaq üçün müharibələrin olmasında maraqlıdırlar, bəziləri də dövlətləri qorxu içində saxlamaqda,  münaqişələri şişirtməkdə maraqlıdırlar. Başqa sözlə, problemlər onlara böyük pullar verir. Bu həm də güclü olmaqla düşmən əldə edən insanların problemidir.  Belə qorxunc  insanlara, qorxunc ölkələrə, vilayətlərə qarşı çıxıram. İnsanlar güclü olmaq üçün acdırlar, gücün hərisinə çevriliblər və bu da sui-istifadə hallarını artırır. İnsanlar çox təəssüf ki, hərbi şirkətlərin propaqandasına qapılırlar.

Eurasia Diary: BMT qətnamələrinin həmtəsisçisi kimi, sizcə biz sülhə necə nail ola bilərik?

Alin Vare: BMT-nin münaqişələri nizamlaması üçün bir çox mexanizmləri var: vasitəçilik, danışıqlar, işin araşdırılması, məhkəmə. Bu çox yaxşıdır. Mən Yeni Zelandiyadan gəlmişəm. Bizim də Fransa ilə münaqişəmiz olub. Fransa bizim ərazilərdə  nüvə silahı  sınağı keçirdib. Ərazimiz terror hücumuna məruz qalıb. Biz Fransaya qarşı müharibə aparmadıq. Biz BMT-yə müraciət etdik, problemimiz həll olundu  və hazırda Fransa ilə sülh şəraitindəyik. Bu cür misallar çoxdur. Barens dənizində şimal qütbünə dair Norveç və Rusiyanın ərazi mübahisəsi var idi. Onlar mübahisəni müharibə ilə həll etmədilər. Məsələ aydınlaşdırıldı. 3 il danışıqlar aparıldı.  Sonda mübahisə sülhlə nəticələndi. Bu cür mexanizmlər var, insanlar bu yollar haqqında məlumatlandırılmalıdırlar ki, sülhə cəhd etsinlər.

Eurasia Diary: Artıq 25 ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri  tərəfindən işğal edilib.  Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Ölkəmizdə 1 milyondan çox qaçqın var və hələ də münaqişə həll edilməyib. Bizim münaqişəyə BMT qətnamələrinin heç bir təsiri yoxdur. Necə düşünürsünüz, BMT-nin  bu münaqişənin həlli üçün gücü yoxdur?  Biz bu problemin həlli üçün nələr etməliyik?

Alin Vare: Mən bir şeyi deyə bilərəm ki, BMT  səmərəli fəaliyyət göstərə bilər. Bizim Şərqi Timor çox kiçik ərazidir. İndoneziya tərəfindən  zəbt edilib, BMT İndoneziyadan oranı tərk etməyi istədi. İndoneziya çıxdı. Şərqi Timor müstəqil oldu. Biz BMT-nin bu məsələdə də fəaliyyətini görə bilərik. Azərbaycan və Ermənistan bu mexanizmlərdən hansının onlar üçün sərfəli olduğunu  bilməlidir.


  Müsahibəni götürdü: Fəzilət Səmədsoy

 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
Hamısı