Beynəlxalq Dayanıqlı inkişaf üçün Enerji Təşkilatının rəhbəri Dr. Gustav R. Grob “Eurasia Diary”ə eksklüziv müsahibə verib.
Eurasia Diary: Bakıda "Dayanıqlı inkişaf üçün enerji" VII beynəlxalq forumu keçirilir. Bu haqda nə deyə bilərsiniz?
Dr.Gustav R.Grob: Azərbaycanın Avropa və Avrasiyanın tam ortasında yerləşməsi iki qitə arasında möhtəşəm bir körpü rolunu oynayır. Avrasiya davamlı böyük enerji ehtiyatlarına malikdir. Məsələn, Pakistan Paris müqaviləsinin bütün maddələrini ödəyəcək gücə sahibdir. Mənim Çin, Hindistan kimi böyük dövlətlər daxil olmaqla, bu regiona tövsiyyəm investisiyalarını silaha deyil, davamlı enerji mənbələrinə yatırmaqdır. Niyə bir-birinizi öldürmək istəyirsiniz? Hindistan bundan əvvəl Rusiya ilə müqavilə imzaladı. Milyard dollarını silaha yatırdı. Digər tərəfdən, Çin silahlara böyük miqdarda pul xərcləyir.
Eurasia Diary: Amma ABŞ da dünyanın ən böyük silah satıcısıdır və silahlara çox sərmayə qoyur.
Dr.Gustav R.Grob: Bəli, bilirəm. Bu dəyişmək məcburiyyətindədir. Mən bunun təkcə Birləşmiş Millətlər vasitəsilə dəyişəcəğini hesab edirəm. BMT-nin təşəbbüsü ilə Paris Müqaviləsi inkişaf üçün böyük bir ümiddir.
Eurasia Diary: Gələcəyin enerjisi necə olacaq, dayanaqlı enerji gələcəyin enerjisi ola bilərmi?
Dr.Gustav R.Grob: Hər kəs fikirləşir ki, nüvə enerjisi həll yoludur. Bu iqtisadi cəhətdən çox bahalı və çox riskli həll yoludur. Bu Fukusima kimi risklidir. Bu texnologiya, Birləşmiş Millətlər tərəfindən qadağan olunmalıdır.
Eurasia Diary: Cənubi Qafqaz, MDB ölkələri və Orta Asiyada bu davamlı enerji alternativlərinin potensialını necə qiymətləndirirsiniz?
Dr.Gustav R.Grob: Əlbəttə, Qazaxıstan, Azərbaycan kimi bəzi ölkələrin bəzi neft və qaz ehtiyyatları var. Pakistan Cənubi Çində təmiz enerji sistemləri yaradır. Mənim ümidim, gələcək nəslin daha yaxşı işlərə imza atacağıdır.
Eurasia Diary: Davamlı enerji ölkələr arasında gedən münaqişədə həll aləti kimi işlədilə bilərmi?
Dr.Gustav R.Grob: Qətiyyən, indi Suriyada müharibə gedir. İŞİD torpaq sərvətlərini oğurlamaqla apardığı əməliyyatları maliyyələşdirir. Tarixdə bir çox müharibələr torpaq üstündə baş verib. Hitler ölkələri mənbələrinə, ehtiyyatlarına görə işğal etmək istəyirdi. Hətta Əfqanıstanda baş verənlər də bir neft müharibəsi idi. Səudiyyə Ərəbistanı şeyxi Yamaninin belə bir sözü var: "Daş dövrü daş çatışmazlığından bitmədi, eyni şəkildə neft dövrü də neft çatışmazlığından bitməyəcək, yeni texnologiya vasitəsilə başa çatacaq".
Tərcümə: Vüsalə Əlövsətqızı