Sui-qəsd xaricdən təşkil edilib Öldürülən rus səfirin Türk dostundan sensasiyalı açıqlamalar - ÖZƏL

Müsahibələr 11:25 21.12.2016
Türkiyədə sui-qəsd nəticəsində öldürülən Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovu şəxsən tanıyan, onunla dostluq münasibətləri olan İldırım Beyazit Universitetinin professoru, doktor Saleh Yılmaz silahlı hücumla bağlı “Eurasia Diary”nin suallarını cavablandırıb.
 
Eurasia Diary: Bildiyimiz qədəri ilə səfir Andrey Karlovu yaxından tanıyırdınız. Onun haqqında nələri deyə bilərsiniz? 
 
Salih Yılmaz: Qətlə yetirilmiş səfir daha əvvəl Şimali Koreyada xidmət edib. Bundan sonra Türkiyəyə səfir təyin edildi. 3 il əvvəl bura gələndə onunla ilk tanış olan şəxslərdən biri mən idim. Fərqli şəxsiyyətə malik insan idi. Yəni, digər rus səfirləri  kimi deyildi. Çox sosial bir insan idi. Müxtəlif tədbirlərə, dəvətlərə qatılan, insanlarla ünsiyyəti yaxşı quran və gülərüzlü biri idi. Türkiyə haqqında müsbət düşüncələrə malik idi. Rusiya ilə münasibətlərin normallaşmasında xüsusi səylərinin olduğunu bilirəm. Hələbdəki müxalifət qüvvələri ilə danışıqlar aparmağa çalışırdı. Ankarada Rusiya diasporasını qoruyan və dəstək olan bir şəxsiyyət olduğunu  söyləyə bilərəm.
 
 
Eurasia Diary:  Əldə etdiyimiz məlumata görə, Siz səfirin öldürüldüyü sərgiyə gedəcəkdiniz, lakin getmədiniz. Hadisə necə oldu, niyə getmədiniz?
 
Salih Yılmaz:  Rus və Türk fotoqrafların Rusiyanın fərqli bölgələrini və insanlarını əks etdirdiyi foto sərgi keçirilirdi. Sərgi salonu onsuz da, ABŞ səfirliyinə yaxın ərazidə olduğundan, təhlükəsizlik baxımından da qorunan bir yer idi. O sərgiyə mən də gedəcəkdim. Lakin başqa bir tədbirdə iştirak etdiyimə görə  sərgiyə gedə bilmədim. “Qismət” deyə bilərik. Tədbir tez qurtarsaydı, mən də o sərgiyə gələcəkdim.
 
Eurasia Diary: Hadisənin təxribat olması ilə bağlı müxtəlif söz-söhbətlər var. Xarici işlər nazirlərinin görüşü ərəfəsi idi. Eyni zamanda, hadisə Putinin 1828-ci ildə öldürülən səfir Qriboyedov ilə əlaqədar bir teatr tamaşasına baxdığı an olub. 
 
Salih Yılmaz:  Putinin teatra getməsi bir təsadüf ola bilər. Lakin bunu qeyd edə bilərəm ki, bu sərgnin təşkil ediləcəyi bir neçə gün əvvəl elan edilmişdi. Rus səfirinin sərgiyə gələcəyi əvvəldən bilinirdi. Qatilin bu qətli planlı təşkil etdiyini söyləmək mümkündür. Təcavüzkar bu hərəkəti tək həyata keçirə bilməzdi. Ona mütləq başqaları kömək edib. Onsuz da qatilin yeni bir polis məmuru olduğu və FETO-çu olması da diqqət çəkicidir. Bu baxımdan diqqət etdikdə, beynəlxalq güclər bir sıra vasitələrdən istifadə edərək dünyanın müxtəlif bölgələrində qarşıdurma yaradırlar. Belə hadisələrin Türkiyədə baş verməsinin səbəbi Türkiyənin Şərq ilə Qərb arasında əhəmiyyətli bir nöqtədə yerləşməsidir. Hədəflərdə müəyyən bir tarazlıq var. Lakin Qərb çalışır ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələri korlasın. Daha əvvəl Obamanın etdiyi bir şərh var. Bu şərhdə iki amil diqqət çəkir. Birinci müsahibədə Türkiyənin çox böyük bir ordusunun olduğunu və bu ordunun Suriyada istifadə edilməməsinin əksiklik olduğunu dilə gətirməsi bizə bəzi  ipucları verir. Bu müsahibədə Türkiyəyə qarşı narazılığın olduğunu görürük. İkinci müsahibədə isə Rusiyanın zənn edildiyi qədər güclü bir ölkə olmadığını vurğulayaraq neft, təbii qaz və silahdan başqa istehsalının olmadığını qeyd edir. Biz bunu anlaya bilərik: ABŞ-ın Rusiyaya qarşı Yaxın Şərqdə mövqeyini itirməsi onu müxtəlif vasitələrə əl atmağa vadar edib. Çünki artıq Suriya məsələsində  ABŞ-ın heç bir çəkisi yoxdur. Bölgədəki  hadisələr ABŞ-a qarşı yönəlir və bu da onu hiddətləndirir. ABŞ-ın Rusiyanın yaxın ətrafında və Şərqi Avropada uzun müddət ərzində hazırladığı planlar Türkiyənin siyasəti ilə üst-üstə düşür. Belə də düşünmək olar ki, Avropa Birliyi ölkələri və ABŞ-ın göstərdiyi cəhdlər nəticəsində Rusiya, İran və Çinin Avropaya açılan qapıları bağlanıb.  Ukraynadakı böhranla birlikdə bütün ticarət yolları bağlanıb. Baltik ölkələrində Rusiya qorxusu və təhlükəsizlik problemi olduğuna görə, NATO əsgərlərini yerləşdirdi. İndi Rusiyanın, İranın və Çinin Avropaya yolları Türkiyədən keçir. Türkiyə də təyyarə hadisəsi ilə əlaqədər ticarət yollarını bağlamışdı. Lakin  necə oldusa, Rusiya və İsrail ilə əlaqələrin normallaşması bütün tarazlıqları alt-üst etdi. O zaman Putin və Ərdoğan Sankt-Peterburqda görüşməliydilər, amma görüşdən əvvəl  FETO çevirlişə cəhd etdi. Əgər FETO–nun çevriliş cəhdi uğurlu alınsaydı, o görüş reallaşmayacaqdı və Rusiya-Türkiyə əlaqələri normallaşmayacaqdı. 
 
Eurasia Diary: Bu hadisədə Amerikanın barmağı ola bilərmi? 
 
Salih Yılmaz: Bu hadisədə bir ölkənin adını çəkmək doğru olmaz. Onsuz da bu hücumu təşkil edənlər elə planlamışlar ki, əsl günahkarı göstərəcək sübut qalmasın. Nəticədə hücumda hansı vasitədən istifadə edilmişsə cinayət də onun üzərində qalır. Lakin belə deyə bilərik: bu hücumu reallaşdıran təcavüzkarın əlaqəli olduğu təşkilat və ya təşkilatlar demək olar ki, başqa bir ölkəyə işləyə bilər. Ancaq ilk işarələr göstərir ki, bu hadisə xaricdən təşkil edilib, fərdi bir hücum deyil. Çünki bu plan üzərində hazırlanmış bir hücumdur. Buna görə də bir ölkəni günahlandırmaq doğru olmaz, lakin güclü dəlillər var. Gözləyək və hər şey ortaya çıxacaq.

Müsahibəni götürdü: Səxavət Nəciyev

 
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı