Azərbaycan QHT-ləri AŞPA prezidentinə müraciət ünvanlayıb

Siyasət 20:19 19.01.2017
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunta müraciət ünvanlayıb.
 
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından  verilən məlumata görə, müraciəti imzalayan QHT rəhbərləri Avropada fəaliyyət göstərən bəzi QHT-lərin yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərindən və konkret fəaliyyətlərindən narahat olduqlarını bildiriblər.
 
“Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasının  vətəndaş cəmiyyəti təmsilçiləri olaraq AŞPA yanvar sessiyası ərəfəsində sizlərə müraciət etmək qərarına gəldik. Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Azərbaycanın Avropa Şurasının üzvü olmasını olduqca yüksək nailiyyət hesab edirik. Bu təşkilatda üzvlük ölkənin qanunvericilik sisteminin Ümumavropa dəyərlərinə uyğunlaşmasının, məhkəmə-hüququ sisteminin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların təsiri altında müsbət istiqamətdə dəyişməsinin şahidiyik. Ümid edirik ki, Avropa Şurası təsisatları ilə, o cümlədən AŞPA ilə əməkdaşlıq ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı mövcud olan problemlərin həllində bundan sonra da müsbət nəticələr verəcək.
 
Bununla belə xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa İttifaqı ilə başlanmış yeni əməkdaşlığı, eləcədə digər Ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır və onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir. Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi Qeyri-hökumət təşkilatlarının yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini və konkret fəaliyyətlərini narahatlıqla izləyirik. AŞPA yanvar sessiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞPA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciət də əslində təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Həmin müraciətdə adları keçən bir çox kolleqalarımızın ümumiyyətlə mətn barədə məlumatı olmayıb.
 
Ümid etmək istəyirik ki, Avropa Şurası bütövlükdə, o cümlədən əsas qurumlarından olan AŞPA belə qərəzli münasibətlərə adekvat reaksiya verəcək, Azərbaycanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində birgə səylərini davam etdirəcək. Biz Azərbaycanın Avropa təsisatları ilə, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlığının tərəfdarıyıq. Azərbaycan bu əhəmiyyətli beynəlxalq qurumun tamhüquqlu üzvü olaraq qalmalıdır. Bu əlaqələrin qırılmasında maraqlı olan qüvvələr hər birimizə məlumdur və biz belə qüvvələrə qarşı birləşməliyik.
 
Azərbaycan Respublikasının ərazilərinin 20 %-i işğal altındadır. İşğalçı tərəf və onu dəstəkləyən qüvvələr ölkənin beynəlxalq təsisatlarda mövqeyini zəiflətmək xətti götürüb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirki kampaniyanı qətiyyətlə pisləyirik və bunu Azərbaycan-Avropa münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin məkrli fəaliyyəti hesab edirik”, - deyə müraciətdə bildirilir.
 
Qeyd edək ki, müraciəti 96 QHT rəhbəri imzalayıb. 
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Rusiya vətəndaşlarının Türk Hava Yolları ilə uçmamağı tövsiyə edib
Rusiya vətəndaşlarının Türk Hava Yolları ilə uçmamağı tövsiyə edib
14:05 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Hamısı