`Ermənistan sülh istəmir` Baş nazirin müavini

Siyasət 18:05 23.01.2017
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Belçika Krallığının Azərbaycandakı səfiri Bert Skufsunla görüşüb.
 
Komitədən verilən məlumata görə, Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Əli Həsənov səfirin fəaliyyəti dövründə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
 
Ə.Həsənov qeyd edib ki, Azərbaycan böyük uğurlar qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olub:
 
“Bu gün Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.
 
Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunub.
 
Dövlət başçısının uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib. Ölkədə Prezidentin təşəbbüsü ilə yeni modellər tətbiq olunur. "Asan xidmət" bu sahədə bütün dünya üçün nümunədir.
 
Ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün yaradılmış səmərəli idarəçilik mexanizmi də Azərbaycan modeli olaraq dünyaya nümunədir.
 
Bu gün Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə və müstəqil siyasətinə görə tanınır. Ölkəmiz qoşulduğu bütün konvensiyaları icra edir”.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən baş nazirin müavini bildirib ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb və bunun nəticəsində ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:
 
"Ermənilərin əzəli torpaqlarımıza köçürüldüyü vaxtdan bölgədə etnik və milli zəmində problemlər yaşanıb, azərbaycanlılar kütləvi soyqırımlarına və deportasiyaya məruz qalıblar.
 
Ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsinə 200 il əvvəl başlanıb.
 
Onların özlərinin 1978-ci ildə ucaltdıqları “Marağa-150” abidəsi, eləcə də Rusiya imperiyasının arxiv sənədləri bunu sübut edib.
 
Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildiriblər. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı 4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Lakin işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir.
 
Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. İndiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü daha da sürətləndirir. Azərbaycan Prezidenti münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə siyasi iradə və ardıcıl mövqe nümayiş etdirir.
 
Ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Dünyada sayca ən böyük erməni diasporası Fransada, maliyyə baxımından isə Amerikadadır. Bu imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayırlar".
 
Ə.Həsənov deyib ki, Belçikada yerləşən Avropa Parlamenti 2014-cü ildə ədalətsiz qərar çıxartdı: "Bu, çox böyük təəccüb doğurdu. Avropa Parlamentinin qətnaməsində heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildi. Ancaq Prezident Avropa Parlamentinin nümayəndə heyətini qəbul edərkən öz haqlı mövqeyini onlara çatdırdı və onlar da bununla razılaşdılar".
 
B.Skufs hələ 2012-ci ildə Azərbaycanda olduğunu, ölkənin və Bakının gözəlliyinin, həmçinin xalqının səmimiliyinin onu valeh etdiyini söyləyib. O, fəaliyyətinin əsas məqsədinin ölkələr arasında yaxşı münasibətləri davam etdirmək olacağını deyərək, hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində də səylərini əsirgəməyəcəyini qeyd edib. 
 
Belçika şirkətlərinin Azərbaycanda bir çox sahələrdə fəaliyyət göstərdiklərini bildirən səfir ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirib.
 
Diplomat Azərbaycanın sürətli inkişafını, ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş strateji yol xəritəsi ilə tanış olduğunu və bunun gələcəkdə uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu qeyd edib.
 
O, eyni zamanda ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO

Xəbər xətti

Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Hamısı