Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezidentin sərəncamından irəli gələn məsələlər müzakirə olunub

Siyasət 16:05 28.01.2017
Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq şöbəsinin, Milli Məclisin deputatlarının, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının və müavinlərinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.
 
Müşavirədə Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.
 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısı tərəfindən imzalanmış hər iki sənədin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı bu Fərman və Sərəncamı məcburi köçkünlərə olan diqqət və qayğı ilə bərabər, həm də çoxdan gözlənilən böyük qayıdışın başlanğıcı kimi dəyərləndirib. Vurğulayıb ki, Prezident ötən ilin aprelində xalqımıza qələbə sevincini, bu ilin əvvəlində isə doğma yurda qayıdışın qürur dolu hisslərini yaşatdı.
 
Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Bu qərar bütün beynəlxalq aləmə səs salıb. Sənəd Azərbaycanın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Əgər dövlətimizin başçısı, Ali Baş Komandan tərəfindən əmr verilərsə, Azərbaycan Ordusu tarixi torpaqlarımız olan İrəvana qədər gedib çıxar. Bu ruh yüksəkliyi Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı zamanı da mövcud idi.
 
Baş nazirin müavini bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin mənfur qonşularımız həmin ərazini demək olar ki, daim atəş altında saxlayır və yaşayış üçün təhlükəli vəziyyət yaradırdılar. Ancaq keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş uğurlu aprel əməliyyatlı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.
 
Bu sənədin imzalanmasının Ermənistanda da böyük rezonansa səbəb olduğunu bildirən Əli Həsənov deyib: “Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bildirib ki, biz erməni analarının gözüyaşlı qalmasını istəmirik. Ancaq Ermənistanın siyasi rəhbərliyi bunlardan nəticə çıxarmırdılar. Azərbaycanlıların qanı üzərində hakimiyyətə gələn o cinayətkar rejim elə düşünür ki, himayədarları sona qədər onların arxalarında duracaq, bu cinayətkar rejimi dəstəkləyəcək. Ancaq vaxt gəlib çatıb və onları dəstəkləyənlər artıq geri çəkilirlər”.
 
Əli Həsənov vurğulayıb ki, aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu əməliyyatlar zamanı iki strateji yüksəklik ordumuz tərəfindən azad olundu. Talış kəndi ətrafındakı yüksəkliklərin işğaldan azad olunması ilə minlərlə hektar ərazi düşməndən təmizləndi. Bu əməliyyatlardan sonra 360 erməni ailəsi ətraf kəndləri tərk edib. Əminəm ki, yaxın zamanlarda o ərazilərin bərpasına da başlaya biləcəyik. Bu gün biz böyük qayıdışa başladığımız halda, Ermənistandan böyük köç başlayıb. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar.
 
Komitə sədri deyib ki, dövlətimizin başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalıdır, hər bir evin sənədi təcili tərtib olunmalıdır. Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq.
 
Diqqətə çatdırılıb ki, Sərəncamda Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi nəzərdə tutulur .Ancaq Prezident İlham Əliyevin tapşırığı ilə apardığımız araşdırmalara əsasən ərazidə 150-200 ailə yerləşdirmək mümkündür. Eyni zamanda, oraya köçürüləcək ailələr üçün lazım olan bütün şərait yaradılacaq.
 
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanın əhəmiyyətindən danışan Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar imzalanmış Fərman 28 illik qaçqınlıq, 24 illik məcburi köçkünlük dövründə qəbul olunmuş bütün fərman və sərəncamlar arasında tarixi əhəmiyyət kəsb etməsi ilə fərqlənir. Yəni, əvvəlki fərman və sərəncamlara da diqqət yetirsək görərik ki, onların hamısı qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə yönəlib. Dövlət büdcəsindən məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan Fərmanın icrası ilə bağlı bütün məsələlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənir və burada bütün məsələlər aydın şəkildə öz əksini tapır. Məcburi köçkünlərin özlərinin müxtəlif vaxtlarda keçirilən görüşlərdə etdikləri müraciətlərə əsasən imzalanmış bu Fərman bürokratik əngəlləri aradan qaldırmaq, bu sahədə şəffaflığı təmin etmək, israfçılığın qarşısını almaqla yanaşı, ailələrin enerjiyə, suya və qaza qənaət etmələrinə şərait yaradacaq. Bütün bunlar onların sosial müdafiəsinin güclənməsinə yönəlib.
 
Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq hamılıqla bu sahəyə nəzarət gücləndiriləcək, qaydalara uyğun vəsait ayrılacaq məcburi köçkünlərin siyahıları tərtib olunacaq və yenidən dəqiqləşdiriləcək. Bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir. Burada heç bir ləngiməyə yol verilməməlidir.
 
Müşavirədə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərman və Sərəncamın əhəmiyyətindən danışıblar. Müşavirədə yerlərdə görülən və nəzərdə tutulan işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
 
Sonda Baş nazirin müavini Əli Həsənov bu Fərman və Sərəncamdan irəli gələn məsələlərin təcili və yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Hamısı