“Bloger Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün mümkün hüquqi tədbirlər görülür”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsü A. Lapşinin bir neçə vətəndaşlığının olduğunu xatırladıb:
“Onun Rusiya vətəndaşlığı da var. Bizim üçün o, ölkəmizin vətəndaşıdır.
Biz onun maraqlarını qanun çərçivəsində müdafiə etməyə davam edirik”.