Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi "referendum"a münasibətini açıqlayıb.
Rusiya XİN-dən bildirilib ki, rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır:
“Hesab edirik ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır.
Bununla yanaşı, biz düşünmürük ki, nizamlanmanın gedişi “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”.(apa)