Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlanıb.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupundan verilən məlumata görə, İşçi qrupu tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819,15 milyard ABŞ dolları həcmindədir.
İşçi qrupunun qiymətləndirmə fəaliyyətinə dair yekun hesabat hazırlanaraq aidiyyəti orqanlara təqdim olunacaq.