Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçirilib

Siyasət 13:14 28.02.2017
Fevral ayının 27-də Nider land Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib. Qurultayda Avropanın 27 ölkəsindən 91 nümayəndə qatılıb. 
 
"Eurasia Diary" xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov və  Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim İbrahimov da iştirak edib.
 
Qurultayı AAK-ın prezidenti Samira Patzer-İsmailova giriş sözü ilə açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Qurultay öz işinə başlayıb.
 
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxuyub.
 
Müraciətdə Prezident İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayının təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlətimizin başçısının müraciətində bildirilib ki, müasir dövrdə qələbələr təkcə hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Bu baxımdan Azərbaycan diasporu öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin oxşar təşkilatları ilə əlaqələrini gücləndirməlidir. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırmalı, mədəniyyətimizin təbliği istiqamətində yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər.
 
Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini bildirib, qurultayın işinə uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən Prezidentin köməkçisi deyib: “Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Eyni zamanda, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir”.
Sonra Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2016-cı il tarixli Sərəncamı ilə yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş AAK üzvlərinə mükafatlar təqdim olunub. 
 Qurultayın işçi orqanlarının tərkibi seçildikdən sonra AAK-ın prezidenti Samira Patzer-İsmailova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər barədə geniş məlumat verib. Daha sonra Mandat Komissiyasının hesabatı dinlənilib. 
 
Belarus Azərbayca İcmaları Konqresinin sədri Natiq Bağırov, Niderland Krallığı Nord Holland əyalətnin millət vəkili Songül Akkaya, Finlandiya Azərbaycalıları Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Əlizaman Hüseynov, Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi və digərləri çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini və təkliflərini səsləndiriblər. Qeyd olunub ki, AAK-ın fəaliyyətinin daha da gücləndirilməsi üçün fəaliyyət proqramı hazırlanmalı və həyata keçirilməlidir. 
 
Sonra qurultayın qətnaməsi müzakirə və təsdiq edilib, AAK-a yeni üzvlər qəbul olunub. 
 
Qurultay iştirakçıları eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımnını 25-ci ildöünümü ilə bağlı bəyanat mətnini müzakirə edərək qəbul ediblər. 
Avropa Azərbaycanlıları Konqresi V Qurultayı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. 
Toplatının yekununda AAK-ın rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olunub. Samira Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti seçilib. 
 
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti, iş adamı Füzuli Məmmədov birinci vitse-prezidenti seçilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Estoniya parlamentinin sabiq deputatı Eldar Əfəndiyev, Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Rusiya “OTDO” hüquq firmasının sədri Samir Məmmədov təşkilatın vitse-prezidentləri seçiliblər. 
 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. O, AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu, qısa vaxt ərzində uğurlu bir yol qət etdiyini vurğulayıb. Dövlət Komitəsinin sədri AAK-ın daha güclü bir quruma çevrilməsi üçün bütün üzv təşkilatların fəal işləməli olduğunu vurğulayıb. O, təşkilatın fəaliyyətində yeni texnologiyaların tətbiqinin zərurliyini diqqətə çatdırıb. 
 
N.İbrahimov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinə hər zaman olduğu kimi bundan sonra dəstək göstərəcək. Dövlət Komitəsinin sədri Avropada Azərbaycan həqiqətlrinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakının təmin olunması üçün AAK-ın yeni rəhbərliyinin fəal işləməli olduğunu bildirib. N.İbrahimov AAK-ın rəhbər strukturlarına seçilmiş şəxslərə və bütün təşkilat üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Hamısı