Düşünürəm ki, Ermənistan rəhbərliyinin bu gün belə təxribatları tez-tez törətməsinin hansısa bir səbəbi var. Mən hələ ki, onun haqqında heç nə demək istəmirəm. Amma bir qədər gözləyək.
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.
N.Məmmədov əlavə edib:
"Çünki bu proseslərin belə davam etməsi, xüsusilə otən il Vyana və Sankt-Peterburqda bundan sonra artıq bu cür təxribat xarakterli addımların olmaması, yəni sərhəddə təmas xəttində sabitliyin, sakitliyin qorunub saxlanması əsas prinsip kimi irəli sürüldü. Buna baxmayarq, Ermənistan tərəfinin bu addımları atması onların hansısa məkrli planın olmasından xəbər verir. Ona görə də bir qədər gözləyək".