Putin və Ərdoğan son nöqtəni qoymağa yaxındır NATO-ya SARSIDICI ZƏRBƏ

Siyasət 17:30 16.03.2017

Ankara S-400 “Triumf” zenit-raket komplekslərini NATO-nun hava hücumundan müdafiə sistemi ilə birləşdirməyəcək.

“Milliyyət” xəbər verir ki, bu haqda Türkiyənin müdafiə naziri Fikri İşık deyib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı bir gün əvvəl isə S-400 zenit-raket kompleklərinin çatdırılmaları üzrə Moskva ilə danışıqlarda irəliləyişin olduğunu bildirib. Amma qeyd edib ki, hələlik konkret razılıq yoxdur.

Fevral ayında Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, S-400-lərin çatdırılması üzrə Rusiya-Türkiyə danışıqları pozitiv keçir. Həmçinin, Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov Moskva və Ankaranın zenit-raket komplekslərinin çatdırılması haqqında danışıqlar apardığını təsdiqləyib.

İki gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da rusiyalı həmkarı Vladimir Putinlə görüşündə S-400 komplekslərinin Türkiyəyə çatdırılması müzakirə olunub.

S-400 "Triumf" müxtəlif uçuş məsafəsi olan raketlərinin bir neçə tipi ilə təchiz edilmiş çoxkanallı zenit raket sistemidir. “Triumf” S-400 orta mənzilli raketlərdən müdafiə sistemi S-300-ün təkmilləşdirilmiş versiyası hesab olunur. S-400 zenit-raket kompleksləri 2007-ci ildə Rusiya ordusunda silahlanmaya qəbul olunub.

Zenit-raket komplekslərinin dünyada analoqu yoxdur və strateji bombardmançılar, ballistik və qanadlı raketlər də daxil olmaqla istənilən hava hədəflərini məhv edə bilir. Bir S-400 kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Bu isə kompleksin üstünlüyü hesab edilir. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Patriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.

“Triumf” 600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.

Xatırladaq ki, 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinə raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı tender keçirilib. Tenderdə birinci yeri Çinin CPMIEC (China National Precision Machinery Import and Export Corporation), ikinci yeri ABŞ-ın “Raytheon”, üçüncü yeri Avropa konserni “EuroSAM", dördüncü yerisə Rusiyanın “Rosoboronexport” şirkəti tutmuşdu. Sonrakı mərhələdə Rusiya şirkəti ilə danışıqlar tamamilə kəsilmişdi. ABŞ, Avropa və Çinlə danışıqlar davam etdirilmişdi. Türkiyə son mərhələdə Çin şirkəti ilə müqavilənin imzalanması üçün masaya oturub. Çinlə aparılan danışıqlar NATO ölkələrinin təsiri ilə nəticəsiz qalıb. Lakin sonradan NATO-nun təzyiqləri nəticəsində Cin variant da gündəmdən çıxarılıb.

2015-ci noyabrın 24-də Rusiyanın SU-24 bombardmançısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra pisləşən münasibətlərin 2016-cı ilin avqustunda normallaşması iki ölkənin hərbi əməkdaşlığını gündəmə gətirib. Həmin ay Ərdoğan və Putin arasında görüş keçirildi. Görüşdən bir neçə gün sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. O dedi ki, daha əvvəl Çinlə müzakirə edilən raketdən müdafiə sistemi layihəsini Rusiya istəyir.

ABŞ və Avropa Türkiyəyə texnologiya transferinə müsbət yanaşmadığı üçün, Ankara NATO-dan kənar istehsalçı ölkələrlə danışıqların aparılmasının təbii hesab edir.(publika)

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
Hamısı