Yaponiyanın müdafiə naziri Tomomi İnada martın 20-də Rusiya ilə keçiriləcək “2+2” formatında görüşün iki ölkə arasında dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Nazirin sözlərini sitata gətirən agentlik yazır: “Mən açıq fikir mübadiləsinin aparılmasını istəyirəm. Bizim əsas qonşularımızdan biri olan Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq barədə dialoqun sürətləndirilməsi mühüm əhəmiyyətə malikdir”.
Nazir, eyni zamanda, rusiyalı həmkarı Sergey Şoyqu, Rusiya və Yaponiyanın xarici işlər nazirləri Sergey Lavrov və Fumio Kişida ilə birlikdə Tokioda keçiriləcək “2+2” formatında görüşdə iştirakını təsdiqləyib.