Yeniləşən və Səmərəli Enerji üçün Beynəlxalq Davamı Enerji Təşkilatının rəhbəri Dr. Gustav R. Grob və Afrikanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platformasının rəhbəri Dr. Kamel Esseghairi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat veriblər. Onlar bu barədə yaydıqları bəyanatları Eurasia Diary portalının redaksiyasına göndəriblər. Yaydıqları bəyanatlarda həm Dr. Gustav R. Grob , həm də Dr. Kamel Esseghairi bildirirlər ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edirlər. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edirlər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəklərini bildirirlər. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığına görə dərin təəssüf hissi keçirirlər. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyən Dr. Gustav R. Grob və Dr. Kamel Esseghairi hesab edirlər ki, hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Bu səbəbdən də Ermənistan Azərbaycan Sülh Platformasına qoşulduqlarını elan edirlər.
Xatırladaq ki, Yeniləşən və Səmərəli Enerji üçün Beynəlxalq Davamı Enerji Təşkilatı və Afrikanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platforması Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq tərəfdaşlarıdırlar. 2016-cı ilin noyabr ayının 3-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun da olduğu rəmzi olaraq 3 qitəni birləşdirən, 3 böyük təşkilat arasında əməkdaşlıq sənədi də qəbul edilib. BAMF-ın sədri Umud Mirzəyevlə yanaşı bu sənədi Avropanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Beynəlxalq Davamı Enerji Təşkilatının rəhbəri Dr. Gustav R. Grob və Afrikanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platformasının rəhbəri Dr. Kamel Esseghairi imzalayıblar. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Eurasia Diary-yə açıqlama verərək tanınmış beynəlxalq təşkilatların “Ermənistan-Azər