Azərbaycan Respublikasının Qahirədəki səfiri Tural Rzayev bidirmişdir ki, Misirlə əlaqələrimiz əladır və iki ölkə arasındakı əla siyasi əlaqələr fonunda biz bu il ərzində prezident Əbdülfəttah Sisinin Azərbaycan prezidentinin dəvətilə Bakıya gələcəyini gözləyirik.
Azərbaycan səfiri Xocalı faciəsinin 25 –ci ildönümü münasibətilə Səfirlikdə təşkil olunmuş mərasim vaxtı “əl-Əhram” qəzetinə verdiyi müsahibədə demişdir ki, Azərbaycan-Misir hökümətlərarası birgə komissiyası bu ilin iyul ayında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etmək, son zamanlar bağlanmış sazişlərin, o cümlədən neft ixracı barədə sazişin icrasını yoxlamaq üçün öz toplantısını keçirməyi planlaşdırır.
Tural Rzayev həmçinin bildirdi ki, Misir Azərbaycanın Xarici siyasət prioretləri içində islam dövlətlərilə əlaqələr dairəsində özünə məxsus bir yer tutur. Azərbaycan höküməti həmişə islam ölkələrilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmiş, öz coğrafu mövqeyinə görə Qərb və Şərq mədəniyyətləri arasında körpü rolunu oynayarq dünyada islam mədəniyyəti dəyərlərini təbliğ etmişdir. Bu məntiqdən çıxış edən Azərbaycan bu ili islam dövlətləri arasında əməkdaşlıq ili elan etmişdir.
Səfir bunu da demişdir ki, bu il ərzində bir sıra mədəni və idman tədbirlərinin həyata keçirilməsi gözlənilir ki, bunlardan ən önəmlisi kimi Misir də daxil olmaqla islam ölkələrinin iştirakı ilə Dördüncü İslam oyunlarını göstərmək olar.
Azərbaycan səfir ölkəsilə Misir arasında ticarət mübadiləsinə toxunaraq bildirmişdir ki, onun həcmi keçən dörd il ərzində 4 milyard dollara çatmışdır. Səfir gələcək illər ərzində iqtisadi və ticari əməkdaşlıq sahəsində sıçrayaşın əldə ediləcəyinə inandığını da demişdir.
Tural Rzayev daha sonra demişdir ki, Azərbaycan tolerant bir ölkədir, burada müxtəlif dinlərin nümayəndələri azad, demokratik bir şəraitdə rifah içində birgə yaşayırlar.
Azərbaycan 2016-cı ili “Multikultralizm ili” kimi elan etmiş və bu münasibətlə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir.