BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır | Eurasia Diary - ednews.net

24 İyun, Cümə axşamı


BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

Siyasət A- A A+
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır.
 
Bunu BMT baş karibinin mətbuat katibi Stefan Dyujarrik keçirdiyi brifinqdə deyib.
 
O, tərəfləri istənilən hərbi əməliyyatlardan çəkinməyə, gələcəkdə gərginliyin azaldılması və zorakılığın qarşısının alınması istiqamətində addımlar atmağa çağırıb: “Baş katibin iyunun 22-də verdiyi bəyanatda da qeyd edildiyi kimi, biz təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən, o cümlədən təmas xəttində və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatıq. Biz, həmsədrlərin Füzuli rayonunun Alxanlı kəndində dinc insanlar daxil olmaqla, itkilərə səbəb olan zorakılıq halı ilə bağlı bəyanatını dəstəkləyirik. Tezliklə danışıqlar masasına qayıtmaq həlli uzadılan və təhlükəli münaqişənin yeganə həll yoludur”.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...