Russiya xüsusi xidmət orqanları Dağıstanın Xunzah rayonunun Orota kəndində antiterror əməliyyatı keçirib.
Bu barədə Dağıstanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda qeyd olunub ki, FTX və DİN əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Orota kəndində terror aksiyaları keçirməkdə şübhəli bilinən quldur birləşmələri gizləndiyi məlum olub.
“Kəndin yaxınlığında antiterror əməliyyatı rejimi tətbiq olunub”, - bildirilib. (Axar.az)