Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas (Kestutis Jankauskas) Bakıya sentyabrın ilk yarısında gələcək.
Bu barədə Aİ nümayəndəliyindən bildiriblər.
K.Yankauskas etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Litvalı diplomat avqust ayında Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri təyin olunub. O, bu postda Malena Mardı əvəzləyib.
Qeyd edək ki, K.Yanauskas 1991-ci ildən bəri Litva Xarici İşlər Nazirliyində çalışır və bundan əvvəl Litvanın Vaşinqtonda və Stokholmdakı səfirliklərində çalışıb. Azərbaycana təyinatından öncə o, Aİ-nin Gürcüstandakı monitorinq missiyasına rəhbərlik edib.(report)