Dilqəm Əsgərovun oğlu ATƏT tribunasından dünyaya səsləndi

Siyasət 10:24 13.09.2017

Dini liderlərin görüşü girovların taleyini dəyişmədi

“Dini liderlərin görüşlərinin müəyyən əhəmiyyəti var. Dialoq mədəniyyətini qoruyub saxlamaq baxımından bu faydalıdır. Ancaq Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı məsələnin həllinə təsir göstərəcək mahiyyətdə bir görüş deyil”. 

Deputat Fazil Mustafa bu fikirləri Azərbaycan və Ermənistan dini liderlərinin Moskva görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, daha real vasitələrə diqqət yönəltməliyik: “Hərbi təzyiq olmadan ermənilərin hansısa addımdan geri durması gözlənilən deyil”.
Politoloq Arzu Nağıyev isə bildirdi ki, dini liderlərin görüşündən ciddi bir nəticə gözləmək də düzgün olmazdı: “Təbii ki, burada əsas məqsəd yenə də Rusiyanın məhz regionda aparıcı rol oynamasını nümayiş etdirmək istəyi idi. Məlumdur ki, Ermənistan bir kilsə dövlətidir. Yəni dini liderin və onun təmsil etdiyi qurumun bütün dünyada Ermənistan hakimiyyətinə təsiri çox güclüdür. Təəssüf hissi ilə qeyd edilməlidir ki, məhz Qaregin də Sərkisyanın verdiyi bəyanatları təkrarladı. Yəni özgə vaxt mənəvi dəyərlərin daşıyıcısı kimi özlərini təqdim etməyə çalışan kilsə sanki bir hərbi komandir kimi bəyanatla çıxış edib döyüş taktikasından danışdı. Belə olduğu halda hər hansı irəliləyişdən danışmaq düzgün olmazdı”. 

Politoloq qeyd etdi ki, Şeyxin bəyanatı Azərbaycanın ərazi bütövlüyünün qorunması və beynəlxalq hüquq normalarına, humanizmə söykənən bir çıxış kimi yadda qaldı: “Onun Bakıdakı erməni kilsəsi ilə bağlı dəvəti mühüm bir mesaj idi. Yəni dünya ictimaiyyəti də bilməlidir ki, əsas məsələ təcavüzkar siyasətinə mələk donu geydirən ermənilərin istər dinə, istərsə də digər dəyərlərə hörmətsizliyindədir. Girovlarla bağlı addımlar da təəssüf ki, bir çağırış kimi qaldı. Zənnimcə, belə bir humanist addım atılsaydı, sülh danışıqlarına ancaq müsbət təsir edərdi”.

Qeyd edək ki, dini liderlərin görüşündə kəlbəcərli girovların azadlığı ilə bağlı razılaşmanın əldə oluna biləcəyi ehtimalı var idi. Lakin Şeyx həzrətləri bu barədə çağırış etsə də, Qaregin özünü eşitməzliyə vurdu. Bəyanatda isə ümumi şəkildə mülki şəxslərin dəyişdirilməsindən bəhs olunur... 

Bu arada Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçiriləcək sammitində iştirak edir. K. Əsgərov bildirib ki, sammitdə çıxışı zamanı Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı və həmyerlilərimizin Kəlbəcərdə girov götürülməsi ilə bağlı məsələ qaldıracaq. 

Qeyd edək ki, 11-22 sentyabr tarixində Varşavada ATƏT-in növbəti sammiti keçiriləcək. Sammitdə 57 ölkənin diplomatları, həmçinin insan haqları təşkilatları və media mənsubları iştirak edəcək. K.Əsgərov da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidovun dəstəyi ilə sammitdə iştirak edir.

Görünür, bu fakt erməniləri narahat edib. Belə ki, erməni mediası D.Əsgərovun oğlunun atasından yarım ildir xəbər tuta biməməsini təkzib etməyə çalışıb. Ailəyə guya may, iyun və avqust aylarında məktub çatdırıldığı iddia olunub. Amma K.Əsgərov “Beynəlxalq Qızıl Xaç”ın təmsilçilərini də təkzib edərək atasının taleyindən narahat olduğunu bildirib. 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Dini liderlərin görüşü isə girovların taleyində hər hansı dəyişikliyə səbəb olmadı... (musavat.com)

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı