Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın Azərbaycana səfəri zamanı Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bu barədə Pakistanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
S.Amanın səfəri sentyabrın 19-22-də baş tutacaq.(trend)