Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsini alqışladıqlarını deyiblər.
“Mehman Əliyevin sərbəst buraxılması pozitiv mesajdır. Ancaq o ev dustaqlığında qalacaq, eyni zamanda ona qarşı irəli sürülən ittihamlar hələ də qüvvədədir və Turan İnformasiya Agentliyinə qarşı məhdüdlaşdırıcı tədbirlərə son verilməyib. Biz ümid edirik ki, bunlar tezliklə aradan qaldırılacaq” - onlar bildiriblər.
Sentyabr 13-dən 16-a kimi Bakıda olacaq həmməruzəçilər Azərbaycan rəsmiləri ilə dialoqları davam etdirəcəklərini deyiblər.