BMT Baş Assambleyasının 72-ci sessiyasında müzakirələr başlayıb | Eurasia Diary - ednews.net

23 İyun, Çərşənbə


BMT Baş Assambleyasının 72-ci sessiyasında müzakirələr başlayıb

Siyasət A- A A+
"Dünyada qeyri-sabitlik və münaqişələr dərinləşir. Lakin bu prosesi aradan qaldırmaq mümkündür".
 
Bunu BMT-nin baş katibi Antonio Qutteriş Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrərin açılışı zamanı deyib.
 
"Birləşmiş Millətlər Təşkilatı ciddi çağırışlarla üzləşir. İnsanlar çətinlik çəkir və əziyyət içindədir. Onlar təhlükəsizlik sahəsinin pisləşdiyinin, bərabərsizliyin, münaqişələrin dərinləşməsinin, iqlimin dəyişməsinin şahidi olurlar. Bütün bunlara baxmayaraq, biz sülhə nail ola biləcəyik", - baş katib bildirib.
 
A.Qutteriş vurğulayıb ki, Suriyada, Yəməndə, Əfqanıstanda baş verən münaqişə və böhranları yalnız siyasi yolla həll etmək lazımdır: "Biz xaos yaradan və ekstremist münaqişələri həll etməyənədək terrorun kökünü kəsə bilməyəcəyik". 

TASS

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...