Bu gün ABŞ konqresinin nümayəndələr palatasının üzvləri Frenk Palon və Tulsi Qebırd işğal altında olan Qarabağa qanunsuz səfər ediblər.
Erməni mətbuatı xəbər verir ki, konqresmenlər qondarma qurumun ABŞ-dakı daimi "nümayəndəsi" Robert Avetisyanın, Amerika erməniləri qurultayının həmsədri Entoni Barsamyanın və “Hayastan” fondunun ABŞ bölməsinin rəhbəri Maria Mihranyanın müşayiəti ilə bölgəyə gəliblər.