ABŞ Prezidenti Donlad Trampın həyat yoldaşı Melaniya Tramp ABŞ-da səfərdə olan birinci xanımların şərəfinə ziyafət təşkil edib.
O, 72-ci Birləşmiş Millətlərin ümumi iclası səbəbilə səfər edən prezidentlərin xanımlarını bir araya gətirib.
Mərasimə Azərbaycanın vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan da qatılıb.
M.Tramp hər iki xanımla uzun müddət ayaqüstü səmimi söhbətlər edib.