"Bakıda təhlükəsizliyimizlə bağlı narahatlığımız yoxdur" Erməni deputat - YENİLƏNİB

Siyasət 15:51 22.09.2017
"Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram".
 
Bunu “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.
 
O, tətillərini Bakıda keçirdiyini bildirib: "Burada evimiz var idi. Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir".
 
Erməni deputatın sözlərinə görə, Bakıya gəlmələri ilə bağlı məsələlər "Avronest"in katibliyi və Azərbaycanın "Avronest"dəki katibliyi tərəfindən operativ həllini tapıb: "Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki, biz Bakıya gedirik. Amma həll olundu. Mən əminəm ki, bunlar siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana periodik səfərləri olmur. Münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi yoxdur".
 
Armen Aşotyan təhlükəsizlik məsələlərinin onları narahat etmədiyini bildirib.
 
"Biz ona görə gəldik ki, "Avronest" bizim üçün vacib platformadır. Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır. Həm də ona görə gəldik ki, avropalı deputatların burada olmasından istifadə edilərək, belə bir tədbirdən təbliğat və antiErmənistan ritorikası üçün istifadə oluna bilərdi. Təəssüf ki, bəzi çıxışlarda belə ritorikalar oldu. Ancaq nəzərə almaq lazımdı ki, biz bura Dağlıq Qarabağ məsələsini müzakirə etməyə gəlməmişik", - deyə o vurğulayıb.
 
Erməni deputat Şuşada olduğunu, orada məscidə baş çəkdiyini də deyib: "Bilirəm ki, iranlı memarlar məscidin rekonstruksiyasında Ermənistanın müvafiq institutlarına kömək edirlər. Çünki məscidin buna ehtiyacı var".
 
A. Aşotyan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində yeganə legitim formatın Minsk qrupu olduğunu da bildirib: "Bu çərçivədə danışıqlar aparılır. Təəssüf ki, ötən il Azərbaycan tərəfindən aprelində hərbi əməliyyatların yenilənməsi ilə bu proses pozuldu.  Bu gün Minsk qrupunun fəaliyyəti tərəflər arasında etimadın bərpasına yönəlib. Bilirsiniz ki, Vyana və Sankt-Peterburq görüşlərində belə bir qərar verildi ki, ATƏT-in monitorinq missiyasının mandatı genişləndirilməli, təmas xəttində insidentlərin araşdırılması mexanizmi işə salınmalıdır. Yalnız etimad atmosferi yaratmaqla danışıqların növbəti raunduna keçmək olar. Qarabağ məsələsi sülh yolu ilə, beynəlxalq ictimaiyyətin təhlükəsizlik zəmanəti, xalqların öz müqəddəratını təyin etmək hüququ və ərazi bütövlüyü çərçivəsində həll  olunmalıdır. Bu prinsiplər danışıqlar masasında olmalıdır, necə ki, indiyə kimi də olub. Hazırda bütün tərəflərin bu prosesdə müvafiq addımlar atılacağına dair razılaşmadan imtina etməmələri vacibdir".(apa)
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı