Azərbaycanda da xeyli sayda terrora cəhd hazırlığı görənlər olub. Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.
M.Quliyev bildirib ki, terror hazırlıqları DTX-nın əməkdaşlar tərəfindən vaxtında zərərsizləşdirilib: "Azərbaycanın hüquq mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirərək bu kimi cəhdlərin qarşını vaxtında ala bilirlər".