"Sarkisyanın məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil".
Xezerxeber.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçıkovski ilə Bakıda keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Nazir prezidentlərin sonuncu görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatdan kənar açıqlama verməsini məsuliyəytsizlik kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, həmsədrlər yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edirlər. Görüşün yeri və tarixi isə hələlik məlum deyil.
Elmar Məmmədyarov, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən də danışıb və bildirib ki, hazırda ittifaqa üzv ölkələrə tərəfdaşlıq sazişi ilə bağli işlər gedir.
Mətbuat konfransında vurğulanıb ki, Polşanın xairici işlər naziri ilə görüşdə əsasən enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə edilib.