Xəbər verdiyimiz kimi, tanınmış amerikalı teleaparıcı, CNN-in efirində yayımlanan “Parts Unkown” verilişiinin aparıcısı Entoni Burden Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevə müraciət etdik. XİN rəsmisi Eurasia Diary-ə açıqlamasında bildirdi ki, hazırda bu məsələ diqqət mərkəzindədir və araşdırma aparılır.
"Hazırda bu məsələ araşdırılır. İctimaiyyətə bununla bağlı məlumat veriləcək"-deyə Hikmət Hacıyev əlavə etdi.
Xatırladaq ki, çəkilişləri davam edən epizodun 2018-ci ilin yazında CNN-in efirində yayımlanacağı gözlənilir.