Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 30-da Azərbaycana işgüzar səfərə gələcək.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan lideri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı mərasimində iştirak edəcək.
Qeyd edək ki, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və digər rəsmilər iştirak edəcək.