İspaniyanın Kataloniya muxtar bölgəsinin paytaxtı Barselonada separatçılığa və "müstəqilliyi"ə qarşı olan yerli sakinlərin yürüşü, sonra da mitinqi keçirilib.
On minlərlə kataloniyalı yürüş edərək Kataloniya parlamentinin "müstəqillik" qərarına etiraz ediblər.
Yürüş iştirakçıları "Catalunya Radio" radiostansiasının binasında qapıları və şüşələri sındırıblar. "Yunionist" katalonların fikrincə, separatçıların kontrolunda olan radiostansiya İspaniyanın parçalanmasına çalışıb.
CİC Mədəniyyət İnstitutunda iki müəllim döyülüb.
"Yaşasın Franko!", "Yaşasın İspaniya!" qışqıran yunionistlər polislərlə toqquşanda faşist salamı veriblər.
Bareslonanın meri Ada Kolau aksiyalardakı zorakılığı qətiyyətlə pisləyib: "Faşizmə yol yoxdur!"
Bu arada bəlli olub ki, Kataloniya Muxtariyyətinin rəhbəri Karles Puçdemon kütləvi iğtişaşların təşkil olunmasında, Konstitusiya qarşı fəaliyyətdə, dövlət çevrilişinə çağırışlarda və qiyamda suçlanıb. O, 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Belçikanın hakimiyyət dairələri bəyanat yayaraq bildiriblər ki, Karles Puçdemonu real həbs təhlükəsi gözləyərsə, Brüssel katalon siyasətçiyə sığınacaq verməyə hazırdır.
Dekabrın 21-də Kataloniyada növbədənkəran parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub, K.Puçdemon bu seçkilərə qatılacağını vurğulayıb.
Kataloniyanın müstəqilliyinin tərəfdarları isə yerli parlamentdəki mövqelərini itirməyə başlayıblar.