Umud Rəhimoğlu Qətərdə Qarabağdan danışıb

Siyasət 16:32 02.11.2017
BAMF prezidenti Umud Mirzəyev Əl Cəzirə Media Şəbəkəsinin  xüsusi dəvəti ilə Qətərdə səfərdədir. Ötən gün Əl Cəzirə Media Şəbəkəsinin 21-ci ildönümü mərasimində iştirak edən Umud Mirzəyev “Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son, 2 Noyabr Beynəlxalq Gün” münasibəti ilə UNESCO-nun dəstəyi ilə Əl Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları İdarəsi tərəfindən keçirilən Beynəlxalq Simpoziumda iştirak edib. Simpozium, siyasi  və humantiar böhranların, silahlı münaqişələrin  əks etdirilməsində peşəkar medianın üzləşdiyi çətinliklər, informasiya azadlığının təşviq edilməsində media institutları və təşkilatları arasında həmrəyliyin qurulması, eləcə də sülh quruculuğu və etik jurnalizm prinsiplərinə hörmət və digər sahələri əhatə edib. Tədbirdə Əl Cəzirə Media Şəbəkəsinin fəaliyyətini əks etdirən, 17 beynəlxalq media qurumunun  eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondunun həmrəyliyi ilə çəkilən videorolik nümayiş olunub. Simpoziumda Beynəlxalq Mətbuat İnstitutu, Karib ölkələri Mətbuat Şəbəkəsi, Etik Jurnalistlər Şəbəkəsinin, Afrika Media Təşəbbüsləri Şəbəkəsi, Ərəb Ölkələri İnsan Haqları Birliyi, Avropa Araliq dənizi ölkələri insan haqqları Şurası və bir sıra digər beynəlxalq qurumların rəhbərləri çıxışlar edib. BAMF sədri Umud Mirzəyev Simpoziumda  “Siyasi  və humantiar böhranların, silahlı münaqişələrin əks etdirilməsində peşəkar  medianın üzləşdiyi çətinliklər“ mövzusunda çıxış edib. Çıxış auditoriyanın geniş marağına səbəb olub. 
 
 Çıxışın bütov mətnini təqdim edirik: 
 
  
Hörmətli tədbir iştirakçıları, əziz dostlar, həmkarlar!
 
Mən siyasi və humanitar böhranların, silahlı münaqişələrin əks etdirilməsində peşəkar medianın üzləşdiyi çətinliklərdən danışmaq istəyirəm. Dünya od içində yanır. 50 –dən çox münaqişə bölgəsi vardır. Müharibə bölgələrinin demək olar ki, hamısı peşəkar jurnalistikanın üzünə bağlıdır. Həmkarlarımızın təhlükəli tapşırıqlarda müharibə və münaqişə bölgələrində öldürülməsi, oğurlanması, hədə qorxulara, terrora məruz qalması halları ilə hər gün rastlaşırıq. Sual olunur ! Bütün bunlara nə zaman son qoyulacaq? Bunların səbəbi nədir? Bildiyiniz kimi müharibənin, konfliktin siyasi və humanitar böhranların ilk qurbanı həqiqətdir. O həqiqət ki, o həm də peşəkar jurnalsitikanın əlində olan silahdır. O həqiqət ki, nə qədər acı, nə qədər ağrıdıcı olsa da, insanların arasında əminamanlığa, barışa xidmət edir. Müharibə bölgələrinin öz qanunları var. O qanunlar konfliktə maraqlı tərəflərin, supergüclərin diqtəsi ilə formalaşır və peşəkar, azad  jurnalistikanın üzünə qapıları bağlayır. Bu yerdə mənim 80-ci illərin sonlarında 90-cı illərin əvvəllərində şahidi olduğum Sovetlər Birliyinin dağılmasını xatırlatmağım yerinə düşər. Dünyanın ən nəhəng imperiyasının dağılması çoxsaylı etnik münaqişələrlə müşayət olunurdu. O vaxtlar Qafqazda, Pribaltikada, Orta Asiyada münaqişələr alovlanmaqdaydı. Bütün bu münaqişələrlə bağlı Sovet rəhbərliyi informasiya vakuumu yaratmışdı. Kremlin süzgəcindən keçən məlumatlar isə həqiqəti əks etdirmirdi. O dövrdə həqiqəti əks etdirmək istəyən, münaqişə bölgələrindən reportajlar hazırlayan, Leonid Lazarevich, Valeriy Dementyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov və digərləri münaqişələrin ilk qurbanları idi. Salatın Əsgərova Qarabağ münaqişəsi zamanı həlak olan ilk qadın jurnalist kimi bu gün də yaddaşlarımızda, xatirələrimizdə yaşayır. Daha sonra Sintia Elbaum, Viktor Popkov Çeçenistanda, Georgi Çanya Abxaziyada, Kazımağa Ağayev, Çingiz Mustafayev Qarabağda peşə fəaliyyətlərini yerinə yetirərkən həlak oldular. Sonradan post Sovet məkanında baş verən münaqişələri işıqlandıran yüzlərlə jurnalistin adı bu siyahıya əlavə olundu.  
 
Son vaxtlara kimi jurnalistlərin təhlükəsizliyinin qorunması yalnız Cenevrə Konvensiyasının 49-cu maddəsi ilə “Silahlı münaqişələr olduğu yerlərdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlər, mülki vətəndaşlar kimi qəbul edilməlidir” bəndi ilə qorunurdu. Bu zaman mülki əhali üçün tətbiq olunan beynəlxalq hüquq və normalar jurnalistlərə də şamil olunurdu. 2013-cü il, 2 noyabr tarixli BMT–nin Baş Assambleyası tərəfindən “Jurnalistlərin təhlükəsizliyi və Cəzasızlıq məsələsi” ilə bağlı xüsusi qətnamənin qəbul edilməsi isə artıq jurnalistlərin təhlükəsizliyinin əlahiddə qorunmasının təmin edilməsi baxımından vacib sənəd oldu. Lakin bu, problemin əsaslı şəkildə həll edilməsi üçün yenə də yetərli deyildir.
 
Ötən 2016-cı il də, jurnalistlərin təhlükəsizliyinin qorunması baxımından neqativ hallarla yadda qaldı. 77 jurnalist peşə borcunu yerinə yetirərkən həlak oldu. Onlara qarşı törədilən bu cinayətlərin 30 % -nin motivi məlum olmamış və bu gün də açılmamışdır. Ümumilikdə son 10 ildə təxminən 1000-dən çox jurnalist peşə fəaliyyəti zamanı həlak olub.
 
Dünyada mövcud və dondurulmuş münaqişələr, muzdlu silahlıların əlində olan və beynəlxalq hüququn prinsiplərini tanımayan nəzarətsiz qalmış ərazilərdə baş verənlər, qanunun aliliyin qorunmasındakı mövcud problemlər, qeyri obyektiv informasiyanın yayılması, jurnalistikanın təməl prinsiplərinin pozulması jurnalist təhlükəsizliyinin qorunmasına əngəl olan əsas faktorlardır. Bütün bunların qarşısının alınması üçün vətəndaş cəmiyyəti ilə yanaşı, dövlətlərin də jurnalistlərin fəaliyyətinin təhlükəsiz qurulması, cəzasızlığın aradan qaldırılması kimi məsələlərdə yekdil rəyi olduqca əhəmiyyətlidir. Digər tərəfdən jurnalistlər üçün ümumi qəbul edilmiş prinsiplərin tətbiqinin gücləndirilməsi, münaqişə bölgələrində jurnalistlər üçün xüsusi dəhlizin açılması, jurnalistlərin humanitar böhran və münaqişələrin işıqlandırılmasına dair peşəkar təlimləndirilməsi də ciddi şəkildə nəzərə alınmalıdır.
 
 
 
Təcrübə göstərir ki, müharibə şəraitində insan haqları ilə bağlı fundamental dəyərlər öz yerini, əsasən humanitar beynəlxalq hüququn norma və qaydalarına vermiş olur. Bu isə, müharibə şəraitində yaşayan ölkələrdə jurnalistlərin təhlükəsizliyi ilə bağlı məsələlərin ikinci plana çəkilməsi ilə nəticələnir. Lakin düşünürəm ki, məhz müharibədən əziyyət çəkən regionlarda jurnalist hüquqlarının qorunması, azad sözün təbliği kimi vacib məsələlər ön sıralarda yer almalıdır. Hesab edirəm ki, münaqişə dövründə jurnalistlərin təhlükəsizliyinin beynəlxalq normalar əsasında qorunması, münaqişə bölgələrindən doğru informasiyanın çatdırılması əslində münaqişənin aradan qaldırılması üçün beynəlxalq birliyin vahid mövqeyinin formalaşması üçün olduqca vacibdir.
 
Mənim təmsil etdiyim Azərbaycan da müharibədən əziyyət çəkən bir ölkədir. Ölkənin 20 faiz ərazilərinin işğalı ilə nəticələnən Qarabağ müharibəsinin başladığı 90-cı illərin əvvəllərindən bu günə kimi bu münaqişə ocağında peşə fəaliyyəti ilə məşğul olan 9 jurnalist qətlə yetirilmişdir. Lakin baş verənlərə görə beynəlxalq birlik qanlı əməllər törədənləri, dünyanın gözünə baxa-baxa işğal faktorunu davam etdirənləri hələ də ciddi olaraq nə hüquqi, nə də siyasi qınaq obyektinə çevirməmişdir.  
 
Əziz dostlar, çox dəyərli həmkarlarım !
 
20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq bu gün də ssenari dəyişməmişdir. Jurnalistlərin peşə vəzifələrini yerinə yetirərkən təhdidlərə məruz qalması, onların həbslərə atılması, öldürülməsi dünya mediasının ən yaralı yeridir. Bu baxımdan Əl Cəzirənin jurnalistlərin təhlükəsizliyin qorunması üçün beynəlxalq birliyin səfərbər edilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndiririk. Tam əminliklə demək istəyirəm ki, həm ərəb dünyasında, həm də dünyanın müxtəlif ölkələrindəki separatçı çağırışlar, silahlı münaqişələri daha da qızışdırmaq cəhdləri, vəziyyətin kəskinləşdirilməsindən bəhs edən süjetlər çox vaxt xüsusi və korporativ maraqlara xdmət edir və qarşıdurmaların yaradılması üçün istifadə olunur.
 
Mən buradan bütün media işçilərinə səslənirəm, hadisələrin real qiymətləndirilməsi, doğru informasiyanın yayılmasında daha məsuliyyətli, həssas və qərəzsiz olmağa çağırıram. Düşünürəm ki, fundamental azadlıqlar və insan haqlarının qorunması, heç bir fərq qoyulmadan böhran dövründə əsas strateji movqey olmalıdır. Bunun ana xətti isə obyektiv informasiyaya söykənən həqiqət məfhumudur. Bu işdə jurnalist təşkilatlarının hər biri jurnalist hüquqlarının qorunması, təhlükəsizliyin təmin edilməsi, azad sözün sərbəst ifadəsi kimi məsələlərdə barışmaz mövqey nümayiş etdirməli, həmrəy olmalıdırlar.  
 
 Diqqətinizə görə təşəkkür edirəm!
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
Hamısı