“Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzərində fəal işləyirlər”.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə bildirib.
Lavrov qeyd edib ki, münaqişələri nizama salınmasında birgə iş çox əhəmiyyətlidir.
T.Qreminger isə bildirib ki, ATƏT kimi beynəlxalq inklüziv təşkilat böhranların münaqişələrə çevrilməsinin qarşısını ala və transmilli problemlərin həllinə kömək edə bilər.
“İndi bu, həmişə olduğundan daha çox vacibdir. Ona görə də mən ATƏT mandatı çərçivəsində təhlükəsizlik üzrə dialoqu bərpa etməyi və Avrasiya məkanında işi davam etdirməyi missiyam olaraq müəyyən etdim”, - deyə o qeyd edib.