Bayrağımız necə yaranıb? Şanlı günün tarixçəsi

Siyasət 13:11 09.11.2017
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Bayraq günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur. 
 
Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.
 
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
 
Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var. 
 
Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu AzVision.az-a deyib ki, Azərbaycan bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da rəsmi olaraq elan edilib. Nazirlər Şurasının 1918-ci ildə iki qərarı elan olunub: birinci qərar mətbuatda senzuranın aradan qaldırılması, ikinci qərar isə 3 rəngli dövlət bayrağı haqqında olub. 
 
Həmin vaxta qədər biz qırmızı rəndə olan və səkkiz guşəli bayrağı dövlət bayrağı kimi istifadə edirdik. Bayrağımızın qərarlaşma tarixi buradan başlayır. Dövlət bayrağının siyasi mənasını Məmməd Əmin Rəsulzadə verib. İdeya və fikir kimi Əli bəy Hüseynzadə “Füyuzat” jurnalında ilk dəfə olaraq islamçılıq, türkçülük, müasirlik məsələlərinə toxunub. Bu fikri Ziya Göyalp genişləndirib. Rəsulzadə isə ideyanı daha da dərinləşdirib. İstər Ziya Göyalpın, istərsə də Əli bəy Hüseynzadənin fikirlərində birinci yerdə mavi rəng, ikinci yerdə yaşıl rəng, üçüncü yerdə müasirlik rəmzi olan qırmızı rəng yer alırdı. Rəsulzadə bu düsturu pozdu. O, qırmızı rəngi ikinci yerə, yaşıl rəngi isə üçüncü yerə qoydu. Rəsulzadə yazırdı ki, biz bütün dünya dövlətlərinə sübut etməliyik ki, müasir, çağdaş dövlət qururuq. 
 
Ona görə də bizim bayrağımızda qırmızı rəngin yeri dəyişdirildi. Yaşıl rəngi ikinci yerə qoysaydıq, belə çıxacaqdı ki, islam və dini dövlət qururuq. Amma Rəsulzadə dedi ki, biz islam deyil, müasir, Avropa dövləti qururuq. Buna görə də belə yerdəyişmə oldu. Rəsulzadə bu addımını 1915-ci ildə rəsmi şəkildə öz yazılarında əsaslandırmışdı.
 
 
 
N.Yaqublu Rəsulzadənin 1915-ci ilin oktyabrın 2-də “Açıq söz” qəzetində nəşr olunan məqaləsini xatırladıb: 
 
-Məqalənin adı belə adlanırdı: “Tutacağımız yol”. 1916-cı ildə isə həmin məqalənin adını belə yazmışdı: "Tutduğumuz yol". Orada yazırdı ki, bizim tutduğumuz yol nə yol olmalıdır? Biz hansı yolu tutmalıyıq? Özü də cavab verirdi: “Biz müasirləşmək, yeniləşmək, əsrləşmək yolunu tutmalıyıq. Çünki bütün bəşəriyyət müasirləşməyə, əsrləşməyə gedir. Biz də o yolla getməliyik. Əks halda biz o biri millətlərdən geri qalacağıq”. 
 
3 rəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 16-da İranın Ənzəli şəhərindən Bakıya gələn general Tomsonun qarşılanma mərasimində istifadə olunub. Bunun başqa mənaları vardı. Çünki ingilislər bizim əvvəlki bayrağımıza etinasız yanaşırdılar. Deyirdilər ki, bu, türk bayrağıdır, Türkiyənin formalaşdırdığı dövlətdir. 
 
Bayrağı dəyişməklə onlara sübut etmək istəyirdik ki, bizim qurduğumuz dövlət Türkiyənin qurduğu dövlət deyil. Bayrağı fərqli etdik ki, onları inandıraq.
 
1918-ci ilin dekabr ayında Azərbaycan parlamentini formalaşdıran zaman Bakıda yaşayan ruslar və ermənilərin təhriki ilə genral Tomson qərar vermişdi ki, bayraq iclas olmayanda binanın üzərindən götürülsün. Deməli, həftənin birinci, dördüncü günləri indiki Əlyazmalar İnstitutunda Azərbaycan parlamentinin iclasları keçirilirdi. Saat 1-də iclas başlayırdı, bayrağı taxırdılar, axşam saat 7-də iclas bitən kimi ingilislər deyirdi ki, bayraqları götürün. Rəsulzadə yazırdı: “Biz min müşkülatla bayrağı xalqımızın başı üzərində dalğalandırdıq”.
 
İngilislər nə üçün müdaxilə edirdilər? 1918-ci ildə Birinci Dünya Müharibəsi bitdi. Oktyabr ayında Mudros müqaviləsi imzalandı. Həmin müqavilənin şərtlərinə görə, Bakı və Bakıətarfı ingilislərin nəzarətinə verilmişdi. Ona görə ingilislər bura gəlmişdi və müstəqil dövlət qurmağımızla razılaşmaq istəmirdilər. Biz tədricən ingilisləri inandırdıq və proses 3-4 ay çəkdi. 
 
Qeyd edək ki, Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub. 
 
2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. Bayrağın dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri isə 3.2 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450kv.m, kütləsi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi 2010–cu ilin mayın 29-da Ginnesin Rekordlar Kitabına daxil edilib. 
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı