Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin xarici işlər naziri Xavaca Məhəmməd Asiflə görüşüb.
Azərbaycan xarici işlər nazirinin salamlarını və Azərbaycana dəvətini Xavaca Məhəmməd Asifə çatdıran səfir, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu, ölkələrimiz arasındakı əlaqələrə xüsusi önəm verdiyini qeyd edib.
Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif salamlarının Azərbaycan xarici işlər nazirinə çatdırmağı xahiş edib və ölkəmizə səfər etməyi planlaşdırdığını diqqətə çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın və Azərbaycanın daim bir-birinə göstərdiyi dəstəyin önəmini qeyd edən nazir, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə Pakistanın öz məsələsi kimi baxdığını bildirib.