Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində prezident Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq.
Bu barədə Rusiyaya səfəri ərəfəsində İstanbul Atatürk Hava Limanındajurnalislərə açıqlama verən R.T.Ərdoğan bildirib.
Jurnalistin "səfəriniz çərçivəsində Putin ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəksinizmi" sualına Ərdoğanmünasibət bildirib.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Putinlə müzakirə aparacağımı düşünürəm",-deyə Türkiyə prezidenti cavab verib.