Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü qeyd edilib

Siyasət 16:27 18.11.2017
Pakistanın Kəraçi şəhərində Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.
 
Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Kəraçi şəhərinin "Marriott” mehmanxanasında təşkil olunan mərasimə Sind əyalətinin Baş naziri Murad Əli Şah və əyalətin digər nazirləri, Kəraçi Xarici Əlaqələr Şurasının sədri, sabiq dəniz qüvvələri komandanı Şahid Kərimullah, Kəraçidəki diplomatik korpusun duayeni və Türkiyənin Kəraçidəki baş konsulu Murat Mustafa Onart, digər ölkələrin baş konsulları və diplomatları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, media mənsubları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirilib.
 
Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə möhkəm təməllər üzərində qurulan, köklü tarixə və mədəni dəyərlərə söykənən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin son 25 ildə sürətlə inkişaf etdiyini vurğulayıb. Diplomat hər iki ölkənin regional və beynəlxalq məsələlərdə həmrəylik nümayiş etdirdiyini, Pakistanın daim erməni təcavüzünü birmənalı şəkildə qınadığını, Ermənistanı bir dövlət kimi tanımadığını, Azərbaycanın da daim Pakistanı dəstəklədiyini diqqətə çatdırıb.
 
Səfir hər iki ölkənin dövlət başçılarının diqqəti ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, mədəni, elmi, sosial, humanitar və digər sahələrdə uğurla genişləndirildiyini bildirib. O, Azərbaycanda 2017-ci ilin yanvar ayından "ASAN Viza” elektron viza xidmətinin tətbiqi ilə ölkəmizi ziyarət edən pakistanlı turistlərin sayında 4-5 dəfədən çox artım olduğu deyib.
 
Yüksək səviyyəli qarşılıqlı səfərlərin mütəmadi olaraq həyata keçirildiyi vurğulayan Əli Əlizadə ölkələrimiz arasında iqtisadi, ticari, müdafiə sənayesi, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişafı istiqamətində müzakirələrin daim aparıldığı barədə iştirakçıları məlumatlandırıb.
 
O, Heydər Əliyev Fondunun Pakistanda keçirdiyi sosial-humanitar layihələrin davam etdirildiyini, qarşılıqlı səmimi etimad və hörmətə əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib və diplomatik münasibətlərinin 25-ci ildönümü münasibətilə Pakistan hökumətini və xalqını bir daha təbrik edib.
 
Qədim dövrlərdən Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələrinin, o cümlədən ticarət və mədəniyyət mübadiləsinin olduğunu bildirən Murad Əli Şah Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu bildirib. O, ölkələrimizin 25 illik diplomatik tarix ərzində demək olar ki, bütün məsələlərdə bir-birini dəstəklədiyini vurğulayıb. Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycan ilə həmrəylik nümayiş etdirdiyini deyən Sind əyalətinin Baş naziri Azərbaycanın da Kəşmir məsələsində Pakistanı dəstəklədiyini söyləyib.
 
O, 2005-ci ildə Pakistanda baş verən güclü zəlzələdən sonra Heydər Əliyev Fondunun Müzəffərərabad şəhərində məktəb inşa etdiyini, eləcə də Azərbaycan hökumətinin Pakistana maliyyə yardımı göstərdiyini vurğulayıb. Murad Əli Şah, həmçinin 2010 və 2011-ci illərdə Pakistanda, eyni zamanda, Sind əyalətində baş verən daşqın zamanı da Azərbaycanın etdiyi 2 milyon dollar maliyyə yardımını xatırladıb və təşəkkürünü çatdırıb.
 
Baş nazir Azərbaycanın iş adamlarını Sind əyalətində həyata keçirilən alternativ və bərpa olunan enerji layihələrinə, həmçinin kömür mədənlərinə sərmayə qoymağa dəvət edib, onların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılacağını deyib və Sind əyalətinin iş adamlarını da Azərbaycanla əlaqələri artırmağa çağırıb.
 
Azərbaycanda müşahidə olunan sürətli inkişafın onda xoş təəssüratlar yaratdığını qeyd edən Şahid Kərimullah vəzifədə olduğu zaman Azərbaycana etdiyi səfərdən, hərbi dəniz qüvvələrinin formalaşdırılması istiqamətində Azərbaycan-Pakistan əməkdaşlığından danışıb, sonrakı dövrlərdə də bu sahədə birgə fəaliyyətin davam etdirildiyini bildirib. O, Azərbaycan-Pakistan münasibətlərinin səmimi xarakterə malik olduğunu, müxtəlif sahələr üzrə əlaqələrin birgə əməkdaşlığın artırılması ilə daha da genişlənəcəyindən əminliyini ifadə edib.
 
Murat Onart çıxışında Azərbaycan, Türkiyə və Pakistanın münasibətlərinin xoş niyyət və səmimi dostluq təməli üzərində qurulduğunu və birgə mühüm tərəqqiyə nail olunacağına inandığını söyləyib.
 
Çıxışlardan sonra Azərbaycanın iqtisadi nailiyyətlərindən və turizm potensialından bəhs edən müxtəlif videoçarxlar nümayiş olunub. Tədbir iştirakçılarına ölkəmiz və Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər, CD, DVD disklər və digər əyani materiallar paylanıb.
 
Rəsmi qəbul Pakistan mətbuatında geniş işıqlandırılıb.
 
Pakistanın qəzetlərində və digər nüfuzlu kütləvi informasiya vasitələrində qəbulla bağlı materiallar dərc edilib, Əli Əlizadənin Pakistan telekanallarına verdiyi müsahibəsi yayımlanıb.
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Hamısı