Prezident İlham Əliyev “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilsin:
Hacıyev Allahverdi Şəmistan oğlu və Hacıyev Hacan Qulu oğlu.