"Rusiya ilə Azərbaycan strateji tərəfdaşdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 60% artıb"
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.
Lavrov bu gün Məmmədyarovla keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bildirib.
"Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarabağ münaqişəsi heç kimə sərf etmir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə münaqişə tərəflərinin qəbul edəcəyi hərtərəfli həll yolunun tapılması istiqamətində səylərimizi davam etdirəcəyik" - Rusiya XİN rəhbəri vurğulayıb.