“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamalanması üçün bütün alətlər masanın üzərindədir və danışıqlar bu istiqamətdə aparılır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.
“Menyu masa üzərindədir. Lakin məsələ bundadır ki, bu təkliflər paket halındadır. Və tərəflərdən biri bu elementlərə hər hansısa bir dəyişiklik edəndə balansın pozulduğunu düşünür. Lakin son nəticədə biz diplomatik yolla hər iki tərəfi razı salacaq həll yolu tapacağımıza ümid edirəm”.
Nazir əlavə edib ki, münaqişənin nizamlanması ilə bağlı paket 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir.