"ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir"

Siyasət 18:48 28.11.2017
ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir.
 
Bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda (DTİHB) bu gün keçirilən "Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu" seminarında çıxışında deyib.
 
A.Quliyev seminarda "Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları" məruzəsi ilə çıxış edib, təşkilatın seçki müşahidə missiyasına dair təcrübəsini bölüşüb.
 
2005-ci ildə Parlament Assambleyasına qoşulmasından indiyə kimi müxtəlif ölkələrdə müşahidəçi olmaqla yanaşı, keçən il ATƏT PA-nın Monteneqroda və Makedoniyada keçirilən seçkiləri müşahidə edən nümayəndə heyətinə rəhbərlik etdiyini diqqətə çatdıran A.Quliyev bu yaxınlarda Qırğızıstanda seçki müşahidə missiyasında xüsusi koordinator vəzifəsini daşıdığını bildirib.
 
Azad və ədalətli seçkilərlə bağlı əsas prinsiplərə, qərarlara və öhdəliklərə toxunan vitse-prezident qeyd edib ki, 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı ATƏT-in əsas sənədidir və bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. ATƏT-ə üzv dövlətlərin öhdəlikləri təşkilatın onların qarşısında qoyduğu öhdəliklərdən daha geniş sferanı əhatə edir və burada həmçinin, BMT-nin və Avropa Şurasının sənədləri ilə bağlı beynəlxalq hüquq çərçivəsində məsuliyyət də öz əksini tapır.
 
Qeyd edib ki, demokratik seçkilər müəyyən beynəlxalq təşkilatlara üzvlüyün şərtidir və tez-tez beynəlxalq ictimaiyyətdə hökumətlərin legitimləşdirilməsinə əsas kimi daha geniş xidmət göstərir: "Belə bir sıra beynəlxalq tənzimləmələrin olmasına baxmayaraq, bu prosesdə çətinliklər həmişə var. Biz ATƏT-in bir parçası olaraq bu çətinliklərin qarşısını necə ala bilərik? ATƏT bu istiqamətdə xalqların və hər hansı bir ölkənin qurumlarına daha yaxşı xidmət göstərməyə kömək edən bir sıra vasitələr hazırlayıb. Bunların arasında ATƏT-in müxtəlif ölkələrdə missiyalarını, etimadyaratma təcrübəsini təmin etməsini və ən əsası, seçki müşahidəsinin keçirilməsini göstərmək olar".
 
Bildirilib ki, Parlament Assambleyası "inkişaf etmiş demokratik ölkələr" belə daxil olmaqla, bütün ölkələrin demokratik öhdəliklər daşıdığını göstərmək üçün öz qərəzsiz yanaşmasını nümayiş etdirən geniş səylər göstərib: "Uzun illərdir ki, Parlament Assambleyası bütün ölkələrdə - Vyanadan şərqdə və qərbdəki ölkələrdə seçki müşahidəsi ilə iştirak etmək üçün çalışır. Məsələn, ABŞ-da 2004-cü ildə, yaxud İngiltərədə və ya bu yaxınlarda Almaniyada keçirilən seçkilər. Biz, həmçinin mümkün olduğu zaman ATƏT-in tərəfdaş ölkələrində də seçkiləri müşahidə edirik. Buraya 2004-cü ildə Əlcəzairdə və ya 2011-ci ildə Tunisdə keçirilmiş seçkiləri misal göstərmək olar".
 
O diqqətə çatdırıb ki, həm Parlament Assambleyası, həm də DTİHB seçki müşahidəsi ölkələrimizdəki demokratik praktikaları gücləndirməyə kömək etmək üçün effektiv bir vasitəyə çevrilib: "Seçki müşahidəsi demokratik strukturların saxlanılması və inkişaf etdirilməsində dəstək və yardım göstərmək üçün yaradılıb. Amma seçki müşahidəsi bütün problemlərin və çətinliklərin öhdəsindən gələn "müqəddəs piyalə" deyil. Yaxşı seçki müşahidəsi heç də mütləq şəkildə "yaxşı" demokratiyaya aparıb çıxarmayacaq. Biz bunu bəzi ölkələrdə seçki müşahidələri apararkən qarşılaşdığımız çətinliklərdən bilirik".
 
Vitse-prezident həmçinin vurğulayıb ki, seçki müşahidəsinin qərəzsizliyini, azad və ədalətli seçkilərin demokratiyanın təməl daşı olduğunu qorumaq qarşıda duran çətinliklərdən biridir: "Seçki müşahidəsi əsasən bir ölkənin xalqı ilə həmrəylik nümayişidir və beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq ATƏT regionunun xalqlarını ən yüksək demokratik standartlara çatdırmaq üçün ölkələrimiz arasında bu əməkdaşlıq formasına ehtiyac var".
 
Etibarlı beynəlxalq seçki müşahidələrinə edilən hücumların hamı üçün narahatlıq doğurmalı olduğunu diqqətə çatdıran vitse-prezident əlavə edib ki, ATƏT çərçivəsində Kopenhagen Sənədində təsbit edilmiş proseslərlə, DTİHB-in böyük təcrübəsi ilə, həmçinin ATƏT Parlament Assambleyasının üzvləri tərəfindən gətirilmiş siyasi təcrübələrlə uğurlu işlər görülür: "Amma biz qüsursuz ola bilmərik, çünki bizim fəaliyyətimizə təsir göstərmək üçün müntəzəm olaraq yeni cəhdlər var. Biz hər zaman işimizi yaxşılaşdırmağın yollarını nəzərdən keçirməyə hazır olmalı və birgə qəbul edilmiş bütün sazişlər və öhdəliklərə sadiq qalmalıyıq".
 
A.Quliyev seçki müşahidəsi prosesi ilə bağlı çətinliklərə toxunaraq bildirib ki, əgər məlumatlı bir cəmiyyətimiz yoxdursa, demokratiyada səylər qaçılmazdır: "Demokratik seçkilər olsa da, insanlarımızın məlumatları olmadığı təqdirdə hesabatlarımız hər zaman qeyri-kafi olacaq. Bu gün internet və sosial media informasiya axınının yaranmasında və yayılmasında böyük bir platforma rolunu oynayır, baxmayaraq ki, bu məlumatlar asanlıqla saxtalaşdırıla və sui-istifadə oluna bilər. Bu gün başqa bir çətinlik də demokratiya böhranı ilə necə mübarizə aparılacağı məsələsidir. Hökumətlərin formalaşmaması və zəif seçici fəallığı hər kəsə səs vermək üçün nəzərdə tutulmuş sistemə inamsızlığın artmasının əlamətləridir. Seçkilər zamanı administrativ orqanların pis işləməsi, seçki prosedurlarında qeyri-dəqiqliklər və ya uyğunsuzluqlar sistemə olan etimadı zəiflədir. Demokratiya və seçkilər xalqın seçki sisteminə olan inamından asılıdır. Məsələlər çox mürəkkəb vəziyyətə gələndə insanlar asan cavab axtarırlar. Bu, öz növbəsində, populizmə və qütbləşmənin artmasına səbəb olur ki, bu da bilavasitə bizim cəmiyyətləri demokratik inkişafdan geri salır. Bu çağırışın qarşısında qısamüddətli siyasi qazanc məqsədi güdməməli və diqqətimizi cəmiyyətlərimizin uzunmüddətli faydasına yönəltməliyik".
 
Qeyd edək ki, tədbirə təşkilata üzv olan 57 ölkənin nümayəndə heyətləri, parlament assambleyalarının təmsilçiləri, seçki üzrə ekspertlər, seçki idarəetmə orqanları və komissiyalarının üzvləri, beynəlxalq təşkilatların, seçki monitorinqini həyata keçirən QHT-lərin təmsilçiləri qatılıblar. İştirakçılar seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqları, müasir texnologiyalardan istifadə olunmaqla, seçki prosesinin təkmilləşdirilməsini və digər məsələləri müzakirə ediblər.
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Hamısı