Əli Həsənovun kitabının Astanada təqdimatı keçirildi

Siyasət 19:54 28.11.2017
Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qazax dilinə tərcümə olunmuş “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” kitabının təqdimatı keçirilib.
 
Tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Əli Həsənovun Qazaxıstanın geniş oxucu kütləsinə təqdim edilən bu kitabının elmi və siyasi baxımdan böyük əhəmiyyətinin olduğunu bildirib. O deyib ki, müəllif əsərdə bilavasitə Qazaxıstanın da aid olduğu Xəzər hövzəsi regionunu tədqiq edir. Kitab qazax tədqiqatçılar, siyasətçilər və diplomatlar üçün faydalı elmi vəsaitdir.
 
Beynəlxalq Türk Akademiyasının prezidenti vurğulayıb ki, müəllif əsəri sadəcə Azərbaycan prizmasından deyil, regional kontekstdən çıxış edərək obyektiv əsaslandırmalarla yazıb. Bu da əsərin əhəmiyyətini daha da artırıb və onu beynəlxalq tədqiqatçılar, o cümlədən Qazaxıstandan olan oxucular üçün maraqlı edib.
 
Kitabın bütün fəsillərində Avrasiya coğrafiyasının əsas komponentlərindən biri kimi Qazaxıstanın da daxil olduğu Xəzər hövzəsi regionunun təhlükəsizlik və sabitlik məsələləri əksini tapıb. Bu baxımdan, əsərin ilk dəfə olaraq qazax dilində də işıq üzü görməsi təqdirəlayiq hesab oluna bilər.
 
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Eyni zamanda, transmilli dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin təhlili verilir.
 
Türk Şurası Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü Adil Axmetov və tanınmış qazax tarixçisi Bolat Kömekov qeyd ediblər ki, siyasi fəaliyyəti ilə yanaşı, həm də beynəlxalq münasibətlər və siyasi elmlər sahəsində çoxsaylı fundamental əsərlərin müəllifi kimi tanınan Əli Həsənovun bu kitabı dost və qardaş Azərbaycanın həqiqətlərinin, ölkənin regional proseslərə yanaşmasının Qazaxıstanın elmi-akademik dairələrinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabı regional prosesləri qavrama baxımından Qazaxıstan oxucusu üçün maraqlı edən cəhətlərdən biri burada Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələrinin öyrənilməsidir. Qazax dilində nəfis tərtibatla çap olunmuş nəşrdə Azərbaycanın ardıcıl səyləri və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərlə ətraflı tanış olmaq mümkündür. Nəşrdə, həmçinin Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də araşdırır, Azərbaycanın təşəbbüsü ilə TANAP və TAP kimi qlobal əhəmiyyətli enerji layihələrinin reallaşdırılmasına başlanıldığı qeyd olunur.
 
Qazaxıstan Xalqlar Assambleyasında Prezident Nursultan Nazarbayevin müavini Əbülfəz Xamedov isə bu kitabın ölkədə yaşayan 200 minə yaxın azərbaycanlı üçün də faydalı vəsait olduğunu, onun xalqlarımızın bir-birini və regionu daha yaxından tanımasına xidmət edəcəyini söyləyib.
 
Tədbirdə digər çıxış edənlər kitabda əhatəli şəkildə təhlil edilən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlamasının regional və qlobal əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Çindən Avropaya uzanan tarixi İpək Yolunun canlanması, yeni “Dəmir İpək Yolu” Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə alternativ dəhlizdən istifadə etmək imkanı yaradır.
 
Regionun müasir iqtisadi vəziyyətini və kommunikasiya xətlərini əyani şəkildə əks etdirən xəritələrlə zəngin olan kitab Beynəlxalq Türk Akademiyasının nəzdindəki nüfuzlu “Elm” nəşriyyatı tərəfindən tərcümə və çap edilib.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı