“Bu, qara mühasibatlığa şərait yaradır” Əli Əhmədov

Siyasət 18:30 30.11.2017
Qeyri-rəsmi məşğulluq əhalinin sosial hüquqlarının pozulmasına yol açır və bu halların aradan qaldırılması üçün prioritetlər müəyyənləşdirilib.
 
Bu fikirləri Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-rəsmi məşğulluqla bağlı Nazirlər Kabinetində keçirdiyi mətbuat konfransında deyib.
 
Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini bildirən Əli Əhmədov qeyd edib ki, bununla bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirmə işləri aparılıb.
 
Baş nazirin müavini deyib ki, Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı təxminən 5 milyon nəfər təşkil edir, bunun da təxminən 4,7 milyon nəfəri hazırda məşğul əhalidir. Onların təxminən 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfər isə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Yerdə qalan əhali isə əmək fəaliyyəti ilə qeyri-rəsmi formada məşğuldur.
 
“Rəsmi məşğul olan, vaxtlı-vaxtında vergisini ödəyən, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri həyata keçirən təxminən 1,5 milyon əhalinin 800 mindən çox hissəsi dövlət sektorunda, qalanları isə qeyri-dövlət sektorunda çalışır. Qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olanların böyük bir hissəsi vergidən yayınır, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər etmir. Bu da gələcəkdə onların pensiya almalarına ciddi əngəl törədir. Həmçinin “qara mühasibatlıq” deyilən bir anlayışın da mövcudluğuna şərait yaranır”, - deyə Ə.Əhmədov vurğulayıb.
 
Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı qarşıda üç prioritet məsələ dayanır. Bunlardan birincisi, əhalinin məşğulluğunu təmin etmək, ikincisi, onların hüquqlarının müdafiəsi, üçüncü prioritet məsələ isə qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid etməkdir:
 
“Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı” layihəsinin təsdiqlənməsi ilə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi bazanın yaradılması məsələləri ortaya çıxır. Əgər qanunvericilik aktlarında boşluqlar varsa, bunlar aradan qaldırılmalıdır. İşəgötürən şəxslər məhz bu boşluqlardan istifadə edərək qeyri-məşğulluq yaradır. Bunun qarşısını almaq üçün inzibati və cərimə mexanizmləri mövcuddur.
 
Dünyanın bir çox ölkələrində, o cümlədən Avropada qeyri-rəsmi məşğulluqla ciddi mübarizə aparılır”.
 
Bu barədə danışan Ə.Əhmədov deyib: “Biz onların təcrübəsindən yararlanırıq. Bununla bağlı hüquqi aktlar təkmilləşdirilməli, normativ baza yaradılmalı, təbliğat və nəzarət mexanizmləri işə salınmalıdır. Artıq bu istiqamətdə işlər görülür. 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar aparılması dayandırılıb. Buna görə də bir çox iş yerlərində qeyri-rəsmi məşğulluqla bağlı araşdırmaların həyata keçirilməsi çətinləşib. Ancaq bütün bunlara baxmayaraq, biz monitorinqlər və digər nəzarət mexanizmləri vasitəsilə qeyri-rəsmi məşğulluq fəaliyyəti göstərən iş yerlərini araşdırıb üzə çıxarır, bu barədə müvafiq tədbirlər həyata keçirir, təbliğat aparırıq. Bu işdə mətbuat orqanlarının köməyi də xüsusi rol oynayır”.
 
Əli Əhmədov vurğulayıb ki, hazırda ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir. Bu da əhalinin sosial hüquqlarının qorunmasını çətinləşdirir, vergidən yayınma hallarına yol açır, əmək münasibətlərinin tənzimlənməsinə maneçilik törədir.
 
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Hamısı