Ermənistanın növbəti ədabazlığı Sarkisyan özündən başqa kimi aldatmağa çalışır?

Siyasət 14:19 04.12.2017

Düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadır. Bəs, Sarkisyan özündən başqa kimi aldatmağa çalışır?

Dekabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma "Artsax”la birgə təlimlər keçirildiyi bildirilib. Bu "miqyaslı” təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı.

Təlim adlandırılan yaramazların toplantısından yayılan foto və videoları diqqətlə izləsək düşmən ordusunun rəhbər heyətinin sifətlərindən həm təlimlərə, həm də Sarkisyana nifrət dolu münasibəti aydın sezmək olar. Müşavirə otağına zorla gətirilən şəxsi heyətin üzlərindəki mimika və laqeyd baxışlar orada baş verən hadisələrə marağın olmamasını açıq-aydın hiss etdirir.

Ermənistan animatorlarının "təlim”lərdən hazırladıqları videomateriallar üzərində qrafika montajı, şəkillərdə isə fotoşop üsulu ilə xeyli cidd-cəhdlə "cadügərlik” etmələri də işə əsla yaramayıb. Yayılan videogörüntülər təlimdən çox, məhəllədə uşaqların oynadıqları "dava-dava” oyununu xatırladır.

Birtəhər silinib-süpürülüb nəqliyyat vasitələri də daxil olmaqla bir tabor sayında texnika toplayan Ermənistan rəhbərliyinin bu təlimləri utanmadan "miqyaslı” adlandırması çox gülüncdür. Azərbaycan Ordusu birləşmə səviyyəsində istənilən təlimi keçirərkən belə cəlb edilən döyüş texnikasının sayı ermənilərin "miqyaslı” təlimlərə toplaya bildiklərindən 3-4 dəfə artıq olur.

Səylə montaj edilmiş videogörüntülərdə 2-3 PDM və 3 tank dağda-daşda tozanaq qaldıraraq mənasız yerə ora-bura "çapır”. Ermənistan ordusu rəhbərliyi nə qədər yalandan tərifləsə də, təlimlərə cəlb edilən texnikaya "ən müasir” döyüş texnikası deməyin də yalan olduğu yayımlanan videosujetdən aydın görünür. Dağlıq əraziyə bənzər təlim mərkəzində, təpələrin ətəyində, soyuqdan əsnəyən tamaşaçıların qarşısında ora-bura sürülən döyüş masınlarının "müasir” vəziyyəti, kiçik bir maneəni dəf edərkən nə qədər çətinlik çəkərək ətrafı qara tüstüyə qərq etməsindən və ensiz yarğanı keçmək istərkən hansı hala düşməsindən aydın görünür.

Nə qədər izləsək də təlimdə düzgün, dəqiq taktiki fəaliyyətlər gözə dəymir. Guya texnikadan açılan atəşlər isə müxtəlif yerlərdə "pultla” partladılan minalara, yaxud digər partlayıcılara, dəqiq desək daha çox "pirotexnik” əməyinə bənzəyir. Yəni, toz-duman qaldıraraq boş yerə məqsədsiz sürülən döyüş texnikasının hansından, hansı hədəfə atəş açdığı, dəyib-dəymədiyi bəlli olmur, ümumiyyətlə hədəfə dəyməsi belə şübhə doğurur.

Qeyd ediləsi maraqlı bir məqam da təlimləri izləmək məqsədilə döyüş bölgəsində fəaliyyət göstərmək üçün xüsusi kurs keçmiş xeyli sayda jurnalistin dəvət olunması idi. Amma nədənsə təlimləri "xeyli sayda” media işçisinin izləməsinə baxmayaraq, oyuncaq müharibə səhnələri barədə məlumat yalnız Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytda yer alıb. Bu isə onu deməyə əsas verir ki, yalançı təlimlər hətta sayılıb-seçilən, çox oxunan Ermənistan mətbuatı üçün artıq heç bir maraq kəsb etmir.

Dediklərimizdən bu, hasil olur ki, kriminal hərbi-siyasi rejimin ordu rəhbərliyi Ermənistan prezidentinin başını aldatmaqla gözünə kül üfürür. Bəlkə də o, özü anlamır ki, ona nümayiş etdirilənlərin hamısı qurama, müasir hərb elmindən uzaq, oyuncaq şavaş ssenarisidir. Ya da ki, o, özü Müdafiə Nazirliyinin rəhbərliyi ilə birlikdə belə səhnəciklər qurmaqla erməni xalqının başını aldatmaqda davam edir.

Sadaladıqlarımıza yekun vurarkən bir daha qeyd etmək zəruridir ki, bu birgə və "miqyaslı” təlimlər Ermənistan dövlət rəhbərliyinin növbəti ədabazlığından başqa bir şey deyil. Əgər düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadırsa, bəs onda Sarkisyan özündən başqa kimi aldatmağa çalışır? Bu suala cavab tapmaq üçün artıq erməni xalqı ciddi düşünməlidir. 

İsa İsmayılov,

hərbi jurnalist 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı