İtaliyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.
Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici İşlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib.
"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək", - ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur, bu əsas prinsiplərdən biridir.
A.Alfanonun sözlərinə görə, İtaliyanın ATƏT-dəki sədrliyini daha bir prioriteti, Minsk razılaşmaları çərçivəsində Ukraynadakı böhranı həll etməkdir.(report)