Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.
Rusiya XİN rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə dəfələrlə Bakıda olduğunu, ölkəmizdə özünü rahat hiss etdiyini deyib.
“Mən dəfələrlə Bakıda olmuşam və deyə bilərəm ki, özümü orada çox rahat hiss etmişəm. Bu məlumatları hazırlayanlar sadəcə Bakıda, Azərbaycanda olmayıblar. Azərbaycana turistlərin gəlməməsini məsləhət görmək sadəcə axmaqlıqdır. Bunu yalnız Azərbaycanı, onun mədəniyyəti, siyasi vəziyyəti, bu ölkənin xəritədə harada olduğunu göstərə bilməyənlər yazıblar”, - deyə Mariya Zaxarova bildirib.